Məzmuna keç

Labrusk üzümü

Vikipediya, azad ensiklopediya
Labrusk üzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Labrusk üzümü (lat. Vitis labrusca) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.

Şimali Amerikada bitir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Əsasən "izabella" üzüm sortu kimi tanınır. Gövdəsinin diametri 20-30 sm, dirəklə yüksəyə qalxan, sıx örtüklər əmələ gətirən ikievli lianadır. Tükcüklü zoğların bığcıqları 2-3 çəngəlvari, yaxşı inkişaf etmişdir. Qırışlı, iri, yumurtavari və ya yumru formalı yarpaqları (25 sm-dək) bütöv və ya 3 hissəlidir, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi tükcüklüdür. Çiçək qurupunun uzunluğu 8 sm-dək, qısa, qalın ayaqda dişicik çiçəkləri daha möhkəm, erkəkcikli daha yumşaqdır. Kiçik meyvə salxımlarında 20 giləmeyvə olur. Şarşəkilli giləmeyvələri qara-al qırmızı, bəzən qırmızımtıl-qonur, çəhrayı, sarımtıl-yaşıl, çox az hallarda ağ rəngli, diametri 15–20 mm-dir. Üstdən sıx çöküntü ilə örtülmüşdür. Musnus ətirlidir. Toxumları iri, qısa dimdikdir.

Nəmişli yerlərdə, çay vadilərində, qumlu torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Böyük Qafqazda,Talışda təbii halda rast gəlinir.

Bu növ çox vaxt sıx, gözəl yarpaqlarına görə dekorativ məqsədlərlə istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Vitis vinifera var. labrusca (L.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Vitis blanda Raf.
  • Vitis bracteata Raf.
  • Vitis cana Raf.
  • Vitis canina Raf.
  • Vitis catawba K.Koch
  • Vitis ciliata Raf.
  • Vitis digitata Raf.
  • Vitis ferruginea Raf.
  • Vitis labrusca f. alba (Prince) Fernald
  • Vitis labrusca var. alba W.R.Prince
  • Vitis labrusca var. catawba W.R.Prince
  • Vitis labrusca var. dissecta Demcker
  • Vitis labrusca var. eisingburgensis W.R.Prince
  • Vitis labrusca foliis-purpureis Paul
  • Vitis labrusca var. labruscoides Eaton
  • Vitis labrusca var. macrophylla Demcker
  • Vitis labrusca var. rosea W.R.Prince
  • Vitis labrusca var. subedentata Fernald
  • Vitis labruscoides Muhl. & Raf.
  • Vitis latifolia Raf.
  • Vitis luteola Raf.
  • Vitis obliqua Raf.
  • Vitis obovata Raf.
  • Vitis occidentalis W.Bartram
  • Vitis palmata Leconte
  • Vitis rufa Raf.
  • Vitis rugosa Raf.
  • Vitis taurina Walter
  • Vitis tenuifolia Leconte
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 203.