Kromanyon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

KromanyonÜst Paleolit adamlarının ümumiləşdirilmiş adı, müasir insanın ilk əcdadlarından.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu söz 1868-ci ildə Fransanın bu dövrə aid ilk dəfə aşkar edilmiş Kromanyon (Cro-magnon) adamının qalıqlarının tapıldığı Kpo-Manyon mağarasının adından götürülmüşdür. Kromanyon adamı 30 min il əvvələ qədər yaşadığı təxmin edilən irqdir. Kromanyon adamı boyunun ucalığı, kəllə tağının hündürlüyü, üzünün enli olması və gözlərinin aşağı batıqlığı ilə xarakteriza olunur. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var. Təxminən 40 min il əvvəl meydana gələn, əsas məşğuliyyəti yemtoplama ve ovçuluq olan kromanyonlar daha da inkişaf etmiş və səsli nitqi öyrənmişdir.

Avropalı irq kimi qəbul edilməsinə baxmayaraq, Kromanyonun kəllə quruluşu və həcmi hazırda Afrika və tropik qurşaqlarda yaşayan bəzi irqlərə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika mənşəli qədim irq olduğu təxmin edilir. Digər bəzi paleoantropoloji tapıntılar Kromanyon və Neandertal irqlərinin bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas təşkil etdiklərini göstərir.

Nəticə etibarilə bu insanların heç biri "ibtidai növ"lər deyil, tarixən yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli kəsilib yox olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridir.

  • Məktəblinin tarix lüğəti. Bakı,2011.