Koryolink

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Koryolink
kor. 고려링크
Loqonun şəkli
Şirkətin rəsmi loqosu
Pxenyan şəhərində «Koryolink» mobil telefon şəbəkəsindən istifadə edən qadın.
Pxenyan şəhərində «Koryolink» mobil telefon şəbəkəsindən istifadə edən qadın.
Ümumi məlumatlar
Tipi Birgə müəssisə
Sənaye Pxenyan və daha beş şəhər, eləcə də səkkiz magistral yol və dəmir yolu
Məhsulları Telefoniya, mobil şəbəkə xidməti
Təsis tarixi 2008
Baş qərargahın yeri Pxenyan, KXDR
İqtisadi göstəriciləri
Ümumi gəliri 5.800.000 $
Struktur
Ana şirkət Global Telecom Holding S.A.E. (75%)
Koreya Poçt və Telekomunikasiya Korporasiyası (25%)

Koryolink (kor. 고려링크; koryolink olaraq üslublaşdırılıb) — KXDR (Şimali Koreya) simsiz telekommunikasiya provayderi. "Orascom Telecom Media and Technology Holding" (OTMT) ilə dövlət şirkəti olan "Koreya Poçt və Telekomunikasiya Korporasiyası" (KPTK) şirkətlərinin birgə mülkü olan "Koryolink" 2008-ci ildə təsis edilmişdir və Şimali Koreyanın ilk 3G mobil operatorudur.[1] Şirkət Pxenyan şəhəri və daha beş şəhərdə, eləcə də səkkiz magistral yol və dəmir yolunda xidmət göstərir. Şəbəkədəki telefon nömrələri +850 (0)1912 kombinasiyası ilə başlayır. 3G şəbəkə olmasına baxmayaraq, yerli istifadəçilər internetə daxil ola bilməzlər. 2014-cü ilin aprel ayından bəri əcnəbilər üçün məhdudi sürətli və ya tıxac miqdarı olan mobil internet bağlantısı mövcuddur.[2]

2008-ci ilin yanvar ayında "Orascom Telecom Holding" Şimali Koreyada 3G mobil şəbəkəsi təsis etmək hüququna layiq görülmüşdür. "Koryolink" 3G şəbəkəsini ilk öncə iki milyondan çox nəfərlik bir əhaliyə malik olan Pxenyan şəhərini, daha sonra isə bütün ölkəni əhatə etmək planı ilə təsis etmişdir.

2008-ci ilin dekabr ayında şəbəkə fəaliyyətə başlayanda onun 5.300 abunəçisi var idi.[3] "Orascom" şirkətinin verdiyi məlumata görə şəbəkə fəaliyyətə başlayandan düz iki il sonra – 2010-cu ilin dekabr ayında şəbəkənin 432.000 abunəçisi,[4] 2011-ci ilin sentyabr ayında 809.000 abunəçisi,[5] 2012-ci ilin fevral ayında isə 1.000.000-dan çox abunəçisi var idi.[6] 2013-cü ilin aprel ayında şəbəkənin 2.000.000-a yaxın abunəçisi var idi.[7]

2015-ci ildə şəbəkənin abunəçilərinin ümumi sayı 3.000.000-u keçmişdir. Buna baxmayaraq, KXDR hökuməti əldə edilən qazancları "Orascom" şirkətinə verməmiş, hətta ikinci bir şəbəkə ("Kangsong Net") təsis etmişdir.[8] Nəticə olaraq, "Orascom" şəbəkədəki bütün fəaliyyətini dayandırmışdır.[1][9]

"Koryolink" şəbəkəsində sadəcə ölkədaxili zənglərə icazə verilir.[10]

Xaricilər tərəfindən istifadə

[redaktə | mənbəni redaktə et]

26 fevral 2013-cü ildə "Koryolink" şəbəkəsi xaricilər üçün internet xidməti açmışdır.[11] 29 mart 2013-cü ildə "Koryolink" şəbəkəsi xaricilərə göstəeilən internet xidmətlərinə məhdudiyyətlər qoyulmuşdur.[12]

  1. 1 2 Vilyams, Martin. "How a telecom investment in North Korea went horribly wrong". networkworld.com (ingilis). Network World. 18 noyabr 2015. 18 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  2. "Kim Jong Un's Hauptstadt" (ingilis). blog.br.de. 14 aprel 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  3. "North Korean Economy Watch » Orascom Telecom Holding". nkeconwatch.com (ingilis). Nkeconwatch. 5 dekabr 2016. 2 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  4. "Orascom Telecom Holding First Quarter 2011 Results" (PDF). orascomtelecom.com (ingilis). Orascom. səh. 29. 12 aprel 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 fevral 2019.
  5. "Orascom Telecom Holding Third Quarter 2011 Results" (PDF). orascomtelecom.com (ingilis). Orascom. səh. 30. 15 aprel 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 fevral 2019.
  6. Şahin, Alaa. "Orascom Telecom Media Shares Jump After North Korea Announcement". Bloomberg (ingilis). 2 fevral 2012. 5 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  7. "North Korea embraces 3G service". bbc.co.uk (ingilis). BBC. 26 aprel 2013. 29 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  8. Riks, Toomas E.; Kim, Yonho. "North Korea's silent hard currency source: That cellphone business with Orascom". foreignpolicy.com (ingilis). Foreign Policy. 17 mart 2016. 12 yanvar 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  9. Lankov, Andrey. "The limits of North Korea's meager economic growth". nknews.oeg (ingilis). NK News. 6 fevral 2017. 17 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  10. Li, Deyv. "Bureau 121: How good are Kim Jong-un's elite hackers?m". BBC News (ingilis). 29 may 2015. 31 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019.
  11. Quk, Park Seon. "Daily NK - Koryolink Mobile Internet Launched". Daily NK (ingilis). 26 fevral 2013. 5 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019. (#redundant_parameters)
  12. İk. "Daily NK - Tourist Internet Cut after a Month". Daily NK (ingilis). 29 mart 2013. 12 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2019. (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]