Koreya folkloru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Koreya folklorunun hissələri sayılan tarix və praktikaların neçə min illərə yaxın ömrü var. Koreya folklorunun nümunələri şamanizm, konfutsiçilik, buddizm və son zamanlar xristianlıqdan əmələ gəlmişdir. Milli ənənələrin əksəriyyəti kəndlərdə inkişaf etməkdə idi. Onların bir çoxu məişət və kənd təsərrüfatı ilə əlaqəli olaraq ailə və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu milli nağılların ifasında əks olunur: İfaçılar həmin nağıllar sayəsində tamaşaçıların diqqətini cəlb edirdilər. Ənənə və hekayələr dildən-dilə keçirdi, yazılı nümunələr isə 5-ci əsrdən yaranmağa başlamışdır. Ənənələrin çoxu az praktik və ya müasirləşmiş hala düşsə də, folklor Koreya cəmiyyətində dərin kökə malik olub və hələ də din, incəsənət, hekayələr və adətlərə təsir etməkdədir.

Folklorun növləri

[redaktə | mənbəni redaktə et]

Koreya mədəniyyətində folklorun bir çox növləri var, həmçinin, İmuldam (kor. 이물담) hansı ki, bədheybət, qoblin və ruhlar kimi fövqəl-təbii varlıqlara həsr olunmuşdur. Ən geniş yayılmış varlıq Koreyanın qoblini olan Dokkebi(또깨비)-dir. Lakin Avropadan fərqli olaraq Koreya mədəniyyətində Dokkebi mənfi xarakteristikaya malik varlıq deyil, əksinə insanlara xoşbəxtlik yaxud bədbəxtlik gətirən varlıq hesab olunur. Koreya folkloru Ço Çi Hunun folklora dair mühazirələrini başladıqdan sonra təşkil olunmağa başlamışdır.[1]

Koreya xalq dini (kor. 민속양) müasir koreyalıların həyatının bir hissəsi olaraq qalır. Xalq dini Koreya şamanizmi və buddizm kimi xarici dinlərə əsaslanır. Xarici din və mədəniyyətin yarımadaya daxil olması vasitəsilə xalq dini digər dinlərlə və inaclarla sintez olub inkişaf etməyə başlamışdır. Koreya xalq dini individual inanc deyil, inkişaf edən kəndlərdə və evlərdə ifadə olunur. Koreya şamanları ev tanrıları və kənd tanrılarına ibadət rituallarında iştirak edirlər.[2] Koreya folklorunda ev əcdadların və ailə üzvlərinin adət-ənənələrilə dolu olan müqəddəs yer sayılır. Hesab olunur ki, hər evdə evi qoruyan tanrılar mövcuddur və onlar evə xoşbəxtlik gətirir. Məsələn, evə varlılıq gətirən tanrı, uşaqları və nəsli qoruyan tanrı və s. Həmçinin koreyalılar evdən bayırda pis ruhların olduğuna inanırlar və onları qovmaq üçün qapıya tikanlar asır yaxud ritual ipləri bağlayırlar. Evdə olan tanrılar da pis ruhlardan evi qoruyur. Koreya kəndlərində əksəriyyət Koreya totemi olan Çansının (kor. 장승) müşayiət etdiyi baş tanrıya inanırlar.[3]

Folklor ədəbiyyatı

[redaktə | mənbəni redaktə et]

Folklor ədəbiyyatı Koreya mədəniyyəti ilə sıx əlaqədədir. Ədəbiyyatın əksər hissəsi şifahi şəkildə yayılır və koreyalıların adət-ənənələri və həyatı ətrafında fırlanır. Belə ədəbiyyat özündə şaman mahnıları, nağıllar, mifləri ehtiva edir. Bu hekayələrdə onların formalaşdığı dövrü ifadə edən variantlar da var. Metrik stil və ya proza stilində yazılan ədəbiyyat növləri də mövcuddur. 5-ci əsrə aid olan yazı nümunələri indiki dövrə tam şəkildə gəlib çatmasa da, tam şəkildə olan yazı nümunələri hələ 11 və 13-cü əsrlərdən mövcuddur. Buddist rahibi İryonun yazdığı Samquk Yusa da bura daxildir. Şaman mahnıları tanrılara aid rəvayətlərdən və himnlərdən ibarətdir hansılar ki, rituallarda oxunur və tanrılara həsr olunurdu. Hər ikisi şamandan şamana ötürülürdü. İlkin yaranmış məşhur rəvayətlərdən biri də şahzadə Bari rəvayətidir.

Koreya folklorunda qadınların rolu

[redaktə | mənbəni redaktə et]

Koreya folklorunda feminizm məsələlərinə toxunan bir çox əfsanələr mövcuddur.

Aranq haqqında əfsanə(Coson dövrü): Bu hekayədə magistrat qızı öz dayəsi tərəfindən aldadılaraq gecə vaxtı çölə çıxmağa məcbur olur. Bunun nəticəsində o təcavüz olunur və öldürülür. Onun ruhu gələcək magistratları izləyərək onların şokdan ölməsinə gətirib çıxarır. O vaxta qədər ki biri sağ qalıb ruhun vasitəsilə Aranqın cəsədini tapacaq. Seçilənlər Erasında kişilərlə müqayisədə qadınlar həmişə zəif, köməyə ehtiyacı olan ikinci dərəcəli personaj kimi göstərilir. Koreya qadınlarında belə xüsusiyyətlərdən biri varıydısa onlar ərə gedın hesab olunmurdular. [4] Qumiho:Qumiho- Koreya nağıllarında peyda olan 9 quyruqlu tülküdür. Bu tülkü insana döndükdə qadın olur. Onun ən görkəmli xüsusiyyətlərindən biri pis xasiyyətisir. O kralın rəğbətini qazanaraq bu gücü pis əməlləri yerinə yetirmək üçün istifadə etmişdir. Onun 3 ayaqlı itin əlindən öldürülməsi səmanın krallıqdan imtina etməsi demək idi ,hansını ki Qumiho ələ keçirmişdir və güman ki, müəyyən müddətdə kralın taxtdan salınmasına bəhanə kimi yaradılmışdır.[5]

Koreya folklor janrında yüksək fikrə sahib olan arvadlar mühüm yer tutur. Bir əfsanədə janggi oyunu və yaxud Koreya şaxmatının ustası olan güclü və iradəli qadından bəhs olunur. Onun ərinə janggi oyununu öyrətməsi nəticəsində əri bu oyun üzrə Seulda 1-ci yeri tutur. Günlərin bir günü varlı birisi oyuna bütün var-dövlətini qoyur. Qadın öz ərinə oyun vaxtı məsləhətlər verir və əri qalib olur. Sonra arvadı bütün qazancı satıb ərinə zireh və silah alır. Bundan sonra yaponlar işğala gəlir amma həmin qadının əri onlara arvadının aldığı silahın vasitəsilə qalib gəlir.

Müasir canlanma

[redaktə | mənbəni redaktə et]

Yaxın zamandakı Koreya folklorunun saxlanmasına dair nailiyyətlərə 150 hissədən ibarət animasiyalı serial daxildir. Animentary Korean Folklore qədim nağılları 2D və Koreya stilli animasiya şəklində danışır. Bu film milli ədəbiyyata əsaslanır və Koreya nağıllarının strukturuna uyğun olaraq yaradılmışdır. Bir dəfə nağılda Inbi və Kabi animasiyalı filmi də Koreya folkloruna əsaslanaraq yaradılan filmlərdən biridir. O həmçinin Koreya milli ədəbiyyatına da əsaslanmışdır. Animentary Korean Folklordan fərqli olaraq animasiya prosesini rahatlaşdırmaq üçün bu filmə izahat simvolları daxil olunmuşdur.[6]

Tanrılarla birgə: iki dünya filmi Koreya xalq dininə və xalq ədəbiyyatına əsaslanmışdır. Filmdə kriminal dünyada bir insanın vəkilə rast gəlib 7 məhkəmə prosesini keçməsi göstərilir. Həmçinin Koreya şamanizmi və muqaya əsaslanan yeraltı dünya təsvir edilmişdir. Filmin orijinal animasiyalı filmi böyük uğur qazandığı üçün Koreyanın bir çox yaradıcılarının Koreya folkloruna marağı artmışdır.[7]

  1. bibimgirl. "Korean Folklore – Goblins and Other Beings". Sageuk: Korean Historical Dramas. 2016-12-15. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  2. "Evolution of Korean Folk Religion - From Nature worship to Faith in the Spiritual World". Culturing (koreya). 2020-05-21. 2020-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.
  3. The Academy of Korean Studies. "Korean Folk Religion". Encyclopedia of Korean Culture (koreya). 2012. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  4. "The status of women in Confucian ethics and institutions during the mid-Joseon Period". Mahan Baekje Cultural Research Institute - Wonkwang University. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  5. Sim, Woo Jang. "Three-Legged Dog". Encyclopedia of Korean Folk Culture. 2012. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  6. Lim, Yong Sub. Animation Viewed by Cultural Original Form. Communication Books. 2018. 142–145. ISBN 9791128810664.
  7. "The Cultural Original Form: An Afterlife Trip Game vs Along with the Gods". CultureContent.com (koreya). 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.