Kopernisium

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
112 rentgeniumKopernisiumNihonium
Hg

Cn

Ümumi
Ad, İşarə, Nömrə Kopernisium, Cn, 112
Qrup, Dövr, Blok 12, 7, d
Xarici görünüşü
Atom kütləsi [285] q/mol
Elektron formulu
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu °C
( K, °F)
Qaynama temperaturu °C
( K, °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Kopernisium (Cn) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 112-ci element. Element Polşa astronomu Nikolay Kopernikin (1473-1543) şərəfinə adlandırılıb. İUPAK yeni elementin adını 2010-cu ilin fevralın 19-da, Kopernikin ad günündə təsdiq edib.

Kopernisium – çox güman ki, hal-hazırda mövcud deyil. Kopernisium – hissəciklər sürətləndiricisinin köməyilə yaradılmış, ifrat ağır elementlər qrupunun nümayəndəsidir: burada ağır metalların ionlarının toqquşması həyata keçirilir. Digər ifrat ağır metallar kimi, kopernisium radioaktivdir və tez parçalanır. Onun ən uzunömürlü izotopu, kopernisium-285-in yarıparçalanma dövrü 29 saniyədir. Bu cür elementlərin alınması çətinliklərlə bağlıdır və indiyədək onun cəmi 75 atomu qeydə alınmışdır. İlk olaraq kopernisium 1996-cı ildə sink ionlarının yandırılması və onların qurğuşuna çevrilməsi yolu ilə alınmışdır (Almaniya, Darmştatta, ion tədqiqatları və yüksək inteqrasiyalar Mərkəzində). Alman alimlərinin bu barədə hesabatları yalnız 2009-cu ildə rəsmi olaraq qəbul edilmişdir və bu elementi Polşa astronomu Nikolay Kopernikin şərəfinə, 2010-cu ildə onun anadan olmasının 537-ci ili münasibətilə kopernisium adlandırmışlar. Bu zaman kopernisium artıq Rusiya və Yaponiya alimləri tərəfindən də sintez edilmişdir. Kopernisium dövrü cədvəlin, sink, kadmium və civə daxil olduqları,12 qrup elementlərinin arasında ən ağırıdır. Kopernisium atomundakı yüksək müsbət yüklü böyük nüvə elektron rabitələrinin energetik səviyyələrini dəyişir; bu çox sürətlə hərəkət edən və bunun hesabına kütlə toplayan, elektronların xüsusi münasibətlərinin effekti ilə izah olunur.   Dövrü cədvəldəki yeri, onun xassələrinin civə ilə oxşar olmasını nəzərdə tutur, həmçinin o, qızılla kimyəvi reaksiyaya girmə qabiliyyətinədə malik olmalıdır.

Nikolay Kopernik


http://www.nkpi.az/?page=addread&id=2928 Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.

Erik Sserri. 30 saniyə kimya haqqında. Moskva: “Ripol klassik”, 2014, 90 s.