Ketrin Lenqford
Ketrin Lenqford | |
---|---|
ing. Katherine Langford | |
Doğum adı | Katherine Anne Langford |
Doğum tarixi | 29 aprel 1996[1] (28 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, yazıçı, kino aktrisası, üzgüçü[d] |
Fəaliyyət illəri | 2015-ci ildən |
Boyu | 163 sm |
IMDb | ID7692698 |
Vikianbarda əlaqəli mediafayllar |
Ketrin Lenqford (ing. Katherine Langford; 29 aprel 1996[1], Pert[2]) — Avstraliya aktrisası. Karyerasına müstəqil filmlərə çəkilərək başlayıb. Netflix orijinal televiziya serialı "13 səbəb"in ilk iki mövsümündə oynadığı Hanna Beyker roluna görə ulduz olub. Bu serialdakı ifasına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ketrin bir çox uğurlu ekran əsərində öz istedadını nümayiş etdirib: "Sevgilərlə, Saymon" (2018), "Bıçaqlar çəkildi" (2019) və "Spontaneous" (2020). Ketrin 2020-ci ildə daha bir Netflix istehsalında baş rol ifaçısı olub. "Cursed" (azərb. Lənətli) serialında qalıcı təəssürat buraxmağı bacarıb.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ketrin Enn Lenqford 1996-cı il aprelin 29-da Qərbi Avstraliya ştatının paytaxt şəhəri Pertdə anadan olub.[3] Şəhərin ətraf bölgəsi olan Applecross-da boya-başa çatıb. Ketrinin anası Elizabet Lenqford (qızlıq soyadı: Qrin) pediatr, atası Stiven Lenqford isə uçuşla tibbi yardıma çatan həkim və tibbi xidmətlər direktoru kimi çalışıb.[4][5][3][6] Ketrinin kiçik bacısı Cozefin Lenqford da aktrisadır.
Ketrin 2005-ci ildə müəllimi Heidi Lake-dən oxuma dərsləri almağa başlayıb. Bu dərslər zamanı o, klassik, caz və müasir də daxil olmaqla müxtəlif musiqi üslublarında ifalar etməyi öyrənib. Ketrin orta məktəbin son illərində "Perth Modern School"-a qəbul edilib.[7][8] Orada musiqi və dramaturgiya təhsili almışdır. Ketrin üzgüçülüklə də məşğul olurdu. O, komandasına rəhbərlik edir və şəhərdə keçirilən üzgüçülük yarışlarında yaxşı nəticələr göstərirdi.[9][10]
Ketrin Lenqford məktəb illərində tibb, siyasət və musiqili teatr kimi bir çox sahələrə maraq göstəmişdir. O, 2012-ci ildə yeniyetmə ikən Ledi Qaqanın "Born This Way Ball" adlı canlı konsertinə getmişdi. Bu nümayiş onu pianoda ifa etməyi öyrənməyə həvəsləndirmişdi.[11] O, yazıb-ifa etdiyi üç mahnısını səsləndirdiyi videosunu internetə yerləşdirib: "I've Got a Crush on Zoe Bosch", "Young and Stupid" və "3 Words".[12][13] İkinci mahnını 2013-cü ildə Pertdən olan üç yeniyetmənin intihar edərək ölməsindən sonra intihar əleyhinə mahnı olaraq yazmışdır.[14] "Perth Modern" məktəbində oxuduğu son ildə Ketrin üzgüçülük etməyi dayandırır. Bunun əvəzinə o, musiqiyə diqqət yetirir və tamaşalar etməyə başlayır.[15] Ketrin müxtəlif musiqi və dram müsabiqələrində uğurlar qazanır. 2013-cü ildə o, "Hotel Sorrento" adlı məktəb tamaşasında çıxış edib və həmin il məktəbi başa vurub.[16][17][18]
Ketrin 2014-cü ildən 2015-ci ilə qədər "Principal Academy of Dance & Theatre Arts"-da musiqili teatr üzrə təhsil alıb. Orada Ketrin "Godspell" adlı tamaşada iştirak edib. 2015-ci ildə o, beş seçilmiş tələbədən biri kimi Milli Dram İncəsənət İnstitutunun (NIDA) Qabaqcıl Aktyorlar Rezidentura proqramında iştirak etmək üçün seçilib. Ketrinə həmçinin Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında da yer verilir.[16][19] Həmin il o, "Nicholson's Academy of Screen Acting"-ə də qatılıb və 2015-ci ildə "Evita" tamaşasında Xuan Peronun məşuqəsi rolunu oynayıb. Ona Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında aktyorluq üzrə bakalavr proqramında yer təklif edilir. Ketrin 2016-cı ildə təhsilə başlamağı planlaşdırırdı. Lakin o, sonradan proqrama yazılmamağı seçir və peşəkar şəkildə aktyorluğa başlamağa qərar verir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Film
[redaktə | mənbəni redaktə et]İl | Adı | Rol | Qeydlər |
---|---|---|---|
2018 | Sevgilərlə, Saymon | Leah Burke | |
The Misguided | Vesna | ||
2019 | Bıçaqlar çəkildi | Meg Thrombey | |
2020 | Spontaneous | Mara Carlyle |
Televiziya
[redaktə | mənbəni redaktə et]İl | Adı | Rol | Qeydlər |
---|---|---|---|
2017–2018 | 13 səbəb | Hannah Baker | Baş rol (mövsüm 1 və 2) |
2018 | Robot Chicken | Steffy, Wife, Bride (səsləndirmə) | Epizod: "No Wait, He Has a Cane" |
2020 | Cursed | Nimue | Baş rol |
2022 | Savage River | Miki Anderson | Baş rol |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Katherine Langford // (unspecified title).
- ↑ 1 2 https://www.scmp.com/magazines/style/celebrity/article/3096156/katherine-langford-netflix-darling-13-reasons-why-back.
- ↑ 1 2 McRae, Rose. "Netflix star Katherine Langford reminisces on happy days at Perth Mod". The West Australian. 19 May 2017. 28 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
- ↑ "The Author (Dr. Elizabeth Green)". Parenting is Forever. 4 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2018.
- ↑ "Dr. Stephen Langford". UWA Publishing. 19 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2018.
- ↑ Marriner, Cosima. "Katherine Langford: I feel lucky to have a new platform to talk about important issues". The Sydney Morning Herald. 16 June 2017. 11 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ "Katherine Langford joins fight to save Perth Modern". The West Australian. 26 May 2017. 27 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2017.
- ↑ "13 Reasons Why star joins fight to save Perth school". 27 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2017.
- ↑ Stone, Russell. "Who's That Girl: Meet Katherine Langford". i-D Magazine. 16 April 2017. 21 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2017.
- ↑ Christmass, Pip. "Katherine Langford – A young star seriously on the rise". The Sunday Times. London. 15 January 2017. 22 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2017.
- ↑ Hirsh, Sophie. "Fans Have Uncovered Hannah from 13 Reasons Why 's Old Music Videos". Teen Vogue. 27 April 2017. 3 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2017.
- ↑ "13 Reasons Why star Katherine Langford is also an amazing singer: Watch". Nine.com.au. 16 April 2017. 19 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2017.
- ↑ Pehanick, Maggie. "Um, 13 Reasons Why's Katherine Langford Is an Incredible Singer". Popsugar Entertainment. 9 April 2017. 19 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2017.
- ↑ "'13 Reasons Why' Katherine Langford's anti-suicide song found, other song sparks gay comments". International Business Times. 28 April 2017. 28 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2017.
- ↑ Highfill, Samantha. "'13 Reasons Why': Get to Know Series Star Katherine Langford". Entertainment Weekly. 3 April 2017. 15 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2017.
- ↑ 1 2 "Katherine Langford" (PDF). RGM Artists Group. 12 April 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 June 2017.
- ↑ "Upcoming Events". Perth Modern School. 20 June 2013. 22 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 April 2017.
- ↑ "Perth Modern News April 2013" (PDF). Perth Modern School. April 2013. 2 April 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 April 2018.
- ↑ "Katherine Langford in the lead role of SCARLETT". The Repute. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.