Kazimej Aydukeviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kazimej Aydukeviç
pol. Kazimierz Ajdukiewicz
Doğum tarixi 12 dekabr 1890(1890-12-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 aprel 1963(1963-04-12)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Əsas maraqları məntiq[4][5], ontologiya[4], analitik fəlsəfə[4]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazimej Aydukeviç (pol. Kazimierz Ajdukiewicz; 12 dekabr 1890[1][2][…], Ternopıl, Sisleytaniya[3]12 aprel 1963[1][2][…], Varşava[3]) — Polşa məntiqçisi və filosofu. O, məntiq üzrə Lvov-Varşava məktəbinə mənsubdur. Aydukeviç dilin semantik nəzəriyyəsini işləyib hazırlamışdır. Onun əsas iş sahəsi məntiqin fəlsəfi şərhidir.

Kazimej Aydukeviç 12 dekabr 1890-cı ildə, o zaman Avstriya-Macarıstan ərazisində olan Ternopol şəhərində dövlət xadimi Bronislav Aydukeviç və Maqdalena Qartnerin ailəsində anadan olmuşdur. O, Krakovda ibtidai məktəbi və Lvovda gimnaziyanı bitirmişdir. Aydukeviç 1908-ci ildə Lvov Universitetinə daxil olmuş və burada fəlsəfə, məntiq, riyaziyyat üzrə təhsil almışdır. O, 1912-ci ildə Tvardovskinin rəhbərliyi ilə yazdığı "Kantın fəzanın apriorizminə görə kosmos anlayışının genezisi ilə bağlı" adlı dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru dərəcəsi almış, təhsilini Göttingen Universitetində davam etdirmişdir.[6][7].

Kazimej Aydukeviç 1922–1925-ci illərdə Lvov Universitetində dosent olmuşdur. O, 1925–1939-cu illərdə Varşava və Lvov universitetlərində professor kimi çalışmışdır.[8]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Kazimierz Ajdukiewicz // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118501283 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 3 Collinson D. Biographical Dictionary of Twentieth-Century Philosophers (ing.). 1996. ISBN 978-0-415-06043-1
  5. Czech National Name Authority Database as Linked Data, Báze národních jmenných autorit v podobě propojených dat.
  6. "Kazimierz Ajdukiewicz. Życiorys twórcy definicji dowodu, wynikania i twierdzenia". // Portal internetowy «zeŚwiata.pl». 7 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2022. (#apostrophe_markup)
  7. "Polish Philosophy Page. Kazimierz Ajdukiewicz". // Sito web della Facoltà di Scienze della Formazione dell' Università degli Studi di Catania. 9 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2022.
  8. Кондаков Н. И. . Логический словарь-справочник. 2-е изд (PDF). М.: Наука. 1975. — С. 18.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Лихин А. Ф. . Проблема обоснования аналитических предложений в работах К. Айдукевича // Актуальные проблемы марксистско-ленинской философии. М.: Изд-во Московского университета. 1973. — С. 117—126.
  • Никифоров А. П. . Значение языковых выражений у К. Айдукевича // Эпистемология & философия науки . XIV, № 4. 2007. 241—242.
  • Порус В. Н. . «Радикальный конвенционализм» К. Айдукевича и его место в дискуссиях о научной рациональности // Порус В. Н. Рациональность. Наука. Культура. М.: Ун-т Российской академии образования. 2002. ISBN 5-8125-0251-X. — С. 204—216.
  • Солодухина А. О. . Решил ли Айдукевич апорию Зенона «Стрела»? // Современная логика: проблемы теории, истории и применения в науке. Материалы III Общероссийской научной конференции. 19—21 июня 1996 г. СПб.: Изд-во СПбГУ. 1996.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]