Kapkeyk

Kapkeyk-hərfi mənası "fincan tortu" olub, həmçinin "feyalar üçün tort" adı ilə də məşhurdur.
Haqqında
[redaktə | vikimətni redaktə et]Bu növ tort porsion olaraq bir nəfər üçün nəzərdə tutulmuş olub, nazik kağız altlıqda və ya alüminium folqada bişirilir. Bəzən müxtəlif cür bəzədilir.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]

İlk kapkeyk reseptlərinə 1796-1828-ci illərin kulinariya kitablarında rast gəlinir.Kərə yağı, şəkər tozu, yumurta və undan ibarət sadə resepti vardır. Kapkeykləri ingilis dilli ölkələrdə ad günü mərasimləri üçün hazırlayırlar.[2]
İstifadə edilən məhsullar
[redaktə | vikimətni redaktə et]

Məlumdur ki, klassik tortların reseptinə uyğun olaraq hazırlanır. İstənilən tort resepti kapkeyk şəklində bişirilə bilər.Müxtəlif aromatlaşdırıcı əlavələr əlavə etmək mümkündür. Həmçinin kişmiş, çərəzlər şokolad ovuntusu və s. dən də istifadə edilə bilər. Ölçüsünün kiçik olmasına görə tortlara nisbətən daha tez hazır olur. Üzərinə şokolad qlazur və müxtəlif bəzəklərlə bəzədilə bilər. Məsələn kremlə.İçərisinə kremi və ya əlavələri kulinariya iynələri vasitəsilə doldurmaq olur.