Kəyumərs Dərbəndi
Kəyumərs ibn İbrahim | |
---|---|
Şirvanşahlar dövlətinin şahzadəsi | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | İbrahim |
Anası | Bikə xanım |
Dini | Sünni İslam |
Şahzadə Kəyumərs — Şirvanşah I İbrahimin oğludur və Şirvanşahlar dövlətinin şahzadəsidir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Atası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir. 1410-cu ildə, Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir.[1]
Ölümündən sonra
[redaktə | mənbəni redaktə et]Ölümündən sonra 1412-ci ildə qaraqoyunlularla şirvanşah , gürcü və şəkililərin birləşmiş qüvvələri arasında döyüş olur . Məğlub olan Şirvanşah I İbrahim qaraqoyunlulardan vassal asılılığını qəbul edir .
Ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]İsa Muğannanın Məhşər romanında Şahzadə Kəyumərs atasına taxta çıxdığı gündən dəst��k olan vəliəhd şahzadə olaraq təqdim edilir və hürufilər cərəyanına qoşulmuş bir şəxs olaraq göstərilir .
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Həsən Rumlu. Əhsən ət-Təvarix