Kələxan
Kələxan | |
---|---|
38°39′00″ şm. e. 48°20′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.532 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kələxan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kələxan kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimiyası
[redaktə | mənbəni redaktə et]"Kələxan" sözü "Qalaxan" sözündən götürülüb (Lənkəran qəzasının sosial-iqtisadi vəziyyəti. 19-cu əsrin sonları-20-ci əsrin əvvəlləri. Leyla Məcidova. Səh.98-99), mənası "Xan qalası" deməkdir. Kənd əhalisi "Qala" sözünü ləhcə ilə "Qələ" kimi səsləndirir. Bunu ərazidə mövcud olan "Kələ, Qələ, Kəl və s." sözləri ilə başlayan toponimlərdə də görmək olur (Qələvər, Kələkli, "Qala" və s.). Qala dağında dağıdılmış qalanın qalıqları var.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kələxan kəndinin əhalisi türk tayfalarıdır. Əhalisinin sayı 483 nəfərdir.[2] 1951-1952-ci ildə məşhur "köçürülmə" siyasətinə məruz qalan yerli xalq 1956-cı ildə Muğandan (Salyan, Neftçala, Biləsuvar, Cəlilabad) təkrarən geri, doğma torpağa qayıtmışdır. Lakin Lənkəran, Lerik və Respublikamızın digər şəhərlərinə köçənlər isə geri qayıtmamış, yaşadıqları yerlərin ictimai, siyasi və iqtisadi inkişafında mühüm töhfələr vermişlər. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. Kənddə Pirili, Kərəmbabalı, Muradxanlı və Əlyarlı tayfaları yaşayır.Kənd əhalisinin böyük əksəriyyəti ziyalıdır və dövlət orqanlarında çalışırlar. Yay aylarında unikal görünüşə malik Qala dağını çoxlu turist ziyarət etməyə gəlir. Zuvand mahalının mərkəzindədir və ən böyük kəndlərindən biridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Lerik rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |