Kəbərlər
Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri.
Tarix
[redaktə | mənbəni redaktə et]IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi.
Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar.
Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib.[1]
Azərbaycanda
[redaktə | mənbəni redaktə et]Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Q. A. Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s. 95–96.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 'Шушарин В.П. Ранний этап этнической истории венгров. М.,1997. ISBN 5-6004-105-5.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |