Joakim Çissano

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çissano Albertu Joakim
port. Joaquim Alberto Chissano
Şəxsi məlumatlar
Doğum tarixi (85 yaş)
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Təltifləri Order of Saint Michael and Saint George Xose Marti ordeni Military Order of Saint James of the Sword Şahzadə Henri ordeni "Azadlıq" ordeni Grand Collar of the Military Order of Saint James of the Sword Grand Collar of the Order of Liberty Grand Collar of the Order of Prince Henry Grand Cross of the Order of Prince Henry Order of Amilcar Cabral Order of Eduardo Mondlane, 1st class National Order of Merit Order of Agostinho Neto Order of Good Hope
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Joakim Alberto Çissano (22 oktyabr 1939[1]) — Mozambik Xalq Respublikası (MXR) partiya və dövlət xadimi.

Lorensu-Markiş litseyini bitirmiş, təhsilini Portuqaliyada davam etdirmişdir. Erkən yaşlarından inqilabi fəaliyyətə başlamış, litseydə ikən Vətənpərvər Tələbə birliyinə başçılıq etmişdi. Sonradan Parisə köçərək Mozambikin milli azadlığı uğrunda hərəkata qoşulmuş, 1962 ildən Mozambik Azadlıq Cəbhəsinin üzvü olmuşdur. Cəbhənin ilk sədri Eduardo Mondlane və Samora Maşellə birgə Portuqaliya müstəmləkəçilərinə qarşı milli azadlıq mübarizəsinə başçılıq etmişdir. 1969 ildə Cəbhənin hərbi-siyasi komitəsinə seçilmişdir. Portuqaliyada faşist diktaturası devrildikdən (1974) sonra Ç. Mozambikin keçid hökumətinə başçılıq etmiş, Mozambik istiqlaliyyət aldıqda sonra xarici işlər naziri təyin olunmuşdur. S. Maşelin faciəli ölümündən sonra Frelimo partiyası MK-nın 1986 illin noyabrında keçirilmiş fövqəladə plenumunda Çissano partiyanın sədri seçilmişdir. Ölkənin konstitusiyasında müvafik olaraq Çissano həmcinin MXR prezidenti və ölkənin silahlı qüvvələrinin baş komandanıdır. Sov. İKP 27-ci qurultayında FRELİMO Partiyasının nümayəndə heyətinə başçılıq etmişdi.[2] Prezidentliyindən sonra Çissano həm öz ölkəsi, həm də Birləşmiş Millətlər Təşkilatı üçün yaşlı dövlət xadimi, elçi və diplomat oldu. Çissano həmçinin 2003-2004-cü illərdə Afrika İttifaqının sədri vəzifəsində çalışıb.


Prezidentlikdən sonra

[redaktə | mənbəni redaktə et]

Təqaüdə çıxdıqdan sonra BMT-də bir sıra vəzifələrdə çalışıb, 2003-cü ilin iyulunda - 2004-cü ilin iyulunda Afrika İttifaqına rəhbərlik edib. Afrika Böhranına Cavab Qüvvələrinin (ASRC) yaradılması proqramının həyata keçirilməsinə töhfə verdi. 2005-ci ilin aprelində o, De Beersə məxsus qızıl mədən şirkəti Harmony Gold Mining-in direktorlar şurasına təyin edilib. 2006-cı ilin dekabrında o, BMT Baş katibi Kofi Annanın Lordun Müqavimət Ordusunun fəaliyyət göstərdiyi ərazilərə - Uqandanın şimalına və Cənubi Sudana xüsusi nümayəndəsi təyin edilib. 2012-ci ilin martında o, BMT-nin əhali məsələləri üzrə işçi qrupunun həmsədri (Finlandiyanın keçmiş prezidenti Tarya Halonen ilə birlikdə) təyin edilib. Bu işçi qrupunun həll etdiyi məsələlərə əhalinin cinsi sağlamlığı ilə yanaşı, hamiləlik və doğuş zamanı qadınların sağlamlığı da daxildir. Çissano deyir: “Əvvəlcə özüm üçün transsendental meditasiya etdim, sonra onu ailəmə təqdim etdim, nazirləri, hörmətli şəxsləri və ordunu cəlb etdim. Bu, ölkədə siyasi sülhə və təbii tarazlığa gətirib çıxardı”[3].



  1. Joaquim Chissano // SNAC (ing.). 2010.
  2. Azərbaycan Sovet Ensiklopediyası. X. Bakı. 1987. səh. 601.
  3. Meditation is path to peace, Mozambique leader says Arxivləşdirilib 2011-11-20 at the Wayback Machine, The Guardian, 22 septembre 2001.