Jan Jirodu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Jirodu
fr. Jean Giraudoux
Doğum adı Hippolyte Jean Giraudoux
Doğum tarixi 29 oktyabr 1882(1882-10-29)[1][2][…]
Vəfat tarixi 31 yanvar 1944(1944-01-31)[3][1][…] (61 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti dramaturq, ssenarist, diplomat, romançı, esseist, yazıçı
Əsərlərinin dili fransız dili
Mükafatları "Fəxri Legion" ordeni komandoru
İmza
Vikimənbənin loqosu Jan Jirodu Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[1][2][…]31 yanvar 1944[3][1][…], Paris[3]) — fransız roman yazarı, esseçi, oçerkist, diplomatdramaturq. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı dövrdə yazıb-yaratmış ən mühüm fransız dramaturqlardan biri hesab edilir.[4] Onun əsərləri bədii üslubu və poetik fantaziyasına görə xüsusilə qeyd olunur. Jirodunun müraciət etdiyi əsas mövzu qadın-kişi münasibətləridir - bəzi hallarda isə kişi ilə əlçatmaz hesab olunan ideal arasındakı münasibətlərdir.

Jirodu Yuxarı Vyenna departamentində Bellak kommunasında anadan olmuşdur. Atası Lejer Jirodu burada Nəqliyyat Nazirliyində işləyirdi. Jirodu Soda Lakanal liseyində təhsil almış, məzun olduqdan sonra Avropaya səyahətə çıxmışdır. 1910-cu ildə Fransaya qayıtdıqdan sonra Xarici İşlər Nazirliyindəki vəzifəni qəbul etmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə xidmətlərində xüsusilə fərqlənmiş və 1915-ci ildə müharibə dövründə "Fəxri Legion" ordeninə layiq görülən ilk yazıçı olmuşdur.[5]

O, 1918-ci ildə ailə həyatı qurmuşdu və əsərlərinin əksəriyyətini müharibədən sonrakı dövrdə qələmə almışdır. İlk ədəbi uğurunu romanları vasitəsilə, xüsusilə də Siegfried et le Limousin (1922) və Eglantine (1927) əsərləri ilə qazanmışdır. Aktyor və teatr direktoru Lui Juve ilə 1928-ci ildə Juvenin Siegfriedi səhnə üçün hazırlaması ilə başlayan və davam edən əməkdaşlıq onu yazmağa həvəsləndirirdi.[6] Lakin onu beynəlxalq səviyyədə tanıdan dram əsərləri idi. O, ingilis dilli cəmiyyətdə daha çox əsərlərinin Xristofor Fray (Troya müharibəsi baş verməyəcək) və Moris Valensi (Şeylunun dəliliyi, Su pərisi, Tilsimlənmiş, Bellakın Apollonu) tərəfindən mükafat qazanmış ssenariləri nəticəsində tanınmışdır.

Jirodu Florens Meyer Blumental ilə birlikdə 1919-1954-cü illərdə rəssamlara, heykəltəraşlara, tərtibatçılara, qravürçülərə, yazıçılara və musiqiçilərə verilmiş Priks Blumental mükafatı ilə təltif edilmə zamanı münsif kimi iştirak etmişdir.[7]

Parisdə Passi məzarlığında dəfn edilmişdir.[8]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Jean Giraudoux // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Жироду Жан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Brockett, Oscar. History of the Theatre Boston: Allyn and Bacon. 1968. p. 621.
  5. Fowlie, Wallace. Jean Giraudoux in Gassner, John and Edward Quinn ed. The Reader's Encyclopedia of World Drama. New York, Thomas Crowell. 1969. p. 359.
  6. "Encyclopædia Britannica Online: "Jean Giraudoux"". Britannica.com. 2013-11-06. 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-03.
  7. "Florence Meyer Blumenthal". Jewish Women's Archive, Michele Siegel. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
  8. New York Times; February 1, 1944 Arxivləşdirilib noyabr 3, 2012, at the Wayback Machine Jean Giraudoux obituary.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]