Jahorina dağı
Jahorina dağı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.916 m |
Yerləşməsi | |
43°43′36″ şm. e. 18°34′37″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Jahorina (Şablon:Dil-sr-cyr ) - Bosniya və Hersoqovinada dağ zirvəsi. Zirvə Pale (Bosniya və Herseqovina), Trnovo (Serbiya) və Bosniya ərazisində Trnovo bölgələrinin birləşdiyi ərazidə yerləşir. Jahorina Dinar Alplarının bir hissəsi hesab olunur. Trebeviç silsiləsi ilə həmsərhəddir. Jahorinanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 1916 metrdə yerləşir. Bu göstərici ilə zirvə Saraevo dağlarında ikinci ən yüksək zirvədir ( Belaşnisa, 2067 m). Dağın qərb yamaclarında eyni adlı milli park yaradılıb. Serbiya Respublikası ilə Bosniya və Herseqovina arasında olan sərhəd bu dağ ırazisindən keçir.
Jahorina dağ-xizək kurortu dağ yamacında yerləşir. 1984 Qış Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə qadınların yarışması bu ərazidə keçirilmişdir.[1] Jahorina kurortu Bosniya və Herseqovinanın ən böyük və ən populyar dağ-xizək kurort zonasıdır. Kurort ərazisində dağda xizəklə sürüşmək, snoubord, yürüş və s. populyardır.
Dağ ərazisindən keçən əsas yollar şimaldan cənub istiqamətdə keçir. Əsas mağistiral yol M5-dir. Sarayevo-Vışeqrad şəhərlərini birləşdirir.
Mina təhlükəsi
[redaktə | mənbəni redaktə et]Jahorina ərazisi Bosniya müharibəsi zamanı böyük strateji əhəmiyyətə malik idi. Dağ ərazisinin bir çox bölgələrində, əsasən də kurort ərazisi yaxınlıqlarında minalara rast gəlinir[2]. Müharibədən sonra ərazidə geniş minadan təmizləmə tədbirləri keçirilmişdir. Kurort ərazisində xizəklə yürüş etmək təhlükəsizdir.[3][4] Ancaq kənar ərazilərdə təhlükə hələ də saxlanılır. Ərazidə tez-tez mina təhlükəsini bildirən lövhələrə rast gəlinir. Son zamanlar ərazidə minadan təmizləmə işləri aparılsa da, 30 oktyabr 2011-ci ildə sloven paraplan idmançısı ciddi xəsarət almışdır. O yanılışlıq nəticəsində minalanmış ərazilərə enmişdir.[5][6][7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]
- ↑ 1984 Winter Olympics official report. Arxiv surəti 26 noyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-11-26 at the Wayback Machine pp. 24-7, 107.
- ↑ Vorhees, Mara. 2009. Eastern Europe. Footscray, Victoria: Lonely Planet, p. 119.
- ↑ "Frick-Wright, Peter. 2008. "Bosnia's Back in the Snow Biz." Los Angeles Times, 14 December". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
- ↑ ""Olympics-Sarajevo Winter Games Venues Crumble into Oblivion." Chicago Tribune, 28 October 2013". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
- ↑ Slovenian paragliders land in mine field Arxiv surəti 5 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (sloven.)
- ↑ "EUFOR rescued four Slovenian paragliders from mine field". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-04.
- ↑ Lambergar, Vesna. 2015. "Simon Vogrinec, ki je zaradi mine izgubil obe nogi: Živim celostno in kakovostno življenje." 24ur.com (4 April). Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine (sloven.)