II Joslen (Edessa qrafı)
II Joslen | |
---|---|
1131 – 1144 | |
Əvvəlki | I Joslen |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1113[1] |
Vəfat tarixi | təq. 1159[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | monarx, siyasətçi, rəhbər |
Atası | I Joslen |
Vikianbarda əlaqəli mediafayllar |
II Joslen (fr. Josselin II) (təq. 1113[1] – təq. 1159[1][2], Hələb[2]) — sonuncu Edessa qrafı.[3] Atası Edessa qrafı I Joslen, anası isə Kilikiya çarı I Konstantinin qızı Beatrisa idi.
Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər Hələb və Mosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ilin oktyabrında hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, cəmi 1 ay sonra yenidən məğlub edildi. 1150-cı ildə zəngilər tərəfindən əsir alındı və gözlərinə mil çəkilərək Hələbə aparıldı. Burada 1159-cu ildəki ölümünədək əsir tutuldu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Elisseeff, N. (1991). "Manbidj". In Bosworth, C. E.; van Donzel, E. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume VI: Mahk–Mid. Leiden: E. J. Brill. pp. 377–383. ISBN 978-90-04-08112-3
- Nicholson, Robert L. (1969) [1955]. "The Growth of the Latin States, 1118-1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9
- Fink, Harold S. (1969) [1955]. "The Foundation of the Latin States, 1099-1118". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 http://www.manfred-hiebl.de/mittelalter-genealogie/_kreuzzuege/courtenay/joscelin_2_de_courtenay_graf_von_edessa_1159.html.
- ↑ 1 2 3 4 Joscelin Joscelin II Count of Edessa Edessa (Courtenay) ( - uncertain 1159) // WikiTree (ing.). 2005.
- ↑ Runciman, Steven (1951) [1952]. A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East. Cambridge: Cambridge University Press