II İbrahim bəy Qaramanoğlu
II Damad İbrahim bəy Qaramanoğlu | |
---|---|
İbrahim bəy Qaramanoğlu | |
Qaramanoğulları bəyi | |
1423 – 1464 | |
Əvvəlki | II Damad Bəngi Əlaəddin Əli bəy Qaramanoğlu |
Sonrakı | Sultanzadə İshaq bəy Qaramanoğlu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Konya |
Fəaliyyəti | siyasətçi |
Atası | Qaramanoğlu Nəsrəddin Mehmed bəy |
Həyat yoldaşı | Sultan Xatun (Osmanlı sultanı Sultan II Mehmedin qızı) |
Uşaqları |
Qasım bəy Pir Əhməd bəy III Əlaəddin bəy Qaramanoğlu Qaraman bəy Qaramanoğlu Nuri Sofu bəy Qaramanoğlu II Süleyman bəy QaramanoğluAltı uşağı Sultan Xatundan Sultanzadə İshaq bəy Qaramanoğlucariyələrin birindən[1] |
II İbrahim bəy Qaramanoğlu (türk. II Damad İbrahim bey Karamanoğlu; d. ? - ö. 1464) — Qaramanoğulları bəyliyinin bəyi.[2] Onun hakimiyyəti dövrü Osmanlı dövləti ilə münasibətlərin gərgin olduğu vaxta təsadüf edir.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Alaiyə mühasirəsi zamanı Məhəmməd bəy öldürüldü və yerinə İbrahim bəy keçdi. İbrahim bəy 1433-cü ildə Osmanlılara qarşı Macarlarla ittifaq bağladı. Osmanlılar macarları məğlub edərək İbrahim bəyə hücum etdilər. Akşehir, Beyşehir, Seydişehiri ələ keçirdikdən sonra Konyaya istiqamətləndilər. İbrahim bəy Kayseriyə qaçdı. I Murad Zülqədəroğulları bəyliyi ilə birlikdə Kayseriyi mühasirəyə aldı. İbrahim bəy 1437-ci ildə Osmanlılarla razılaşmaq qərarına gəldi. İkinci Kosova döyüşündə Osmanlılara hərbi yardım göndərdi. 1451-ci ildə Fateh Sultan Mehmedin gənc yaşda hakimiyyətə gəlməsi ilə İbrahim bəy hərəkətə keçdi. Çukurovada bəzi şəhərlərə tutmaq üçün çalışmasına baxmayraq buna müvəffəq olmadı. 1464-cü ildə Gevale qalasında öldü
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Şikâri, s. 191.
- ↑ Faruk Sümer, "Karamanoğulları", TDV Diyanet İslam Ansiklopedisi, Ankara 2001, c. XXIV, s. 454-460.
- ↑ Aköz, Alaaddin (2005). Karamanoğlu II. İbrahim Beyin Osmanlı Sultanı II. Murad'a Vermiş Olduğu Ahidnâme Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi 24 (38): 71-92. 19 Kasım 2014 tarihinde arşivlendi.