Helsinki Dizayn Muzeyi
Helsinki Dizayn Muzeyi | |
---|---|
Designmuseo[1] | |
60°09′47″ şm. e. 24°56′47″ ş. u.HGYO | |
Ölkə | Finlandiya |
Şəhər | Helsinki, Finlandiya |
Yerləşir | Helsinki[2][3][…] |
Tikilmə tarixi | 1873 |
Rəsmi sayt | designmuseum.fi |
Vikianbarda əlaqəli mediafayllar |
Helsinki Dizayn Muzeyi (fin Designmuseo, isv. Designmuseet) Finlandiya paytaxtında yerləşən, həm Finlandiya həm də xarici sənaye, moda və qrafik dizayn nümunələrinin sərgiləndiyi muzeydir. Muzey Helsinkinin Korkeavurenkatu küçəsində yerləşir və Finlandiyanın Dövlət mülkiyyətinə daxildir. Bina 1873-cü ildə tikilib və 1978-ci ildən bəri muzey kimi fəaliyyətini davam etdirir. Muzey binasında dizayn işləri 1894-cü ildə memar Qustaf Nüström tərəfindən neoqotika üslubunda aparılıb. 2002-ci ildə muzey adını Designmuseo ("Dizayn Muzeyi") kimi dəyişməyinin səbəbi bir əvvəlki adının çox uzun və mürəkkəb olması idi.[4] Həmçinin muzeydə kafe və mağaza fəaliyyət göstərir. 2017-ci ildə Finlandiya Respublika günü münasibətilə muzey özünün yenilənmiş kolleksiyalarını qonaqların ixtiyarına vermişdir.
Muzeydə 1870-ci ildən günümüz qədər olan fin dizayn tarixi sərgilənir. Muzeydə sərgilənən nümunələrə 75.000-dən çox əşya və 100.000 rəsm əsəri daxildir. Muzeydə həmçinin beynəlxalq turizm sərgiləri, yeni nəşr edilən kitablar və sərgi kataloqlarıda təşkil edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ NLS Geographic Names Register. National Land Survey of Finland.
- ↑ https://www.kyppi.fi/palveluikkuna/rapea/read/asp/r_kohde_det.aspx?KOHDE_ID=200227.
- ↑ Finnish Museum Statistics. Finnish Heritage Agency.
- ↑ Gimeno-Martinez, Javier; Verlinden, Jasmijn. "From Museum of Decorative Arts to Design Museum: The Case of the Design museum Gent". Design and Culture. 2 (3). 2010.