Məzmuna keç

Havana iti

Vikipediya, azad ensiklopediya
Havana iti
Mənşəyi
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Havana itibişon tipli dekorativ it, Kubanın milli iti.

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Havana iti yumşaq, ipək kimi tükə sahib olan bəzək itidir. Boyu 22–29 sm arasında dəyişir, ideal olaraq isə 23–27 sm arasında olmalıdır. Lakin, başqa bəzək itləri ilə qarışdıqda (məsələn, pudel ilə) boyu 38 sm qədər uzana bilər. Çəkisi 3–6 kq arasında dəyişir. Havana itinin burnu dolğun və yüngülcə uca doğru daralır. Qısa və ya iti görünüşə sahib deyil. Baş uzunluğu, təpədən boğaza qədər ölçüldükdə, burnun uzunluğuna bərabərdir. Başın üstü düz, arxa baş isə yuvarlaqdır. Gözlər qara, şokolad rəngində olan itlərdə isə bənövşəyi olur. Göz ətrafında qara piqmentasiya mövcuddur. Qulaqlar uzandığında burnun yarısına qədər uzanır və başın kənarlarında sallanır, amma üzə toxunmur. Quyruq isə arxaya doğru qövs şəklində daşınır və uzun tükü bədəni üzərinə düşsə də, heç vaxt belinə toxunmur. Kürkü uzun, yumşaq, yüngül və ipək kimi bir quruluşa sahibdir. Bəzi hallarda, alt tükü tamamilə mövcud olmaya bilər. Cinsin tükü ya təbii olaraq daranmış, ya da "corded" (gəlinliklərə bənzər) bir şəkildə nümayiş etdirilir. Müasir Havana itləri müxtəlif rənglərdə və naxışlarda ola bilər, lakin bütün rəngli itlərdə qara burun və göz ətrafında qara piqmentasiya olmalıdır. Şokolad rəngli itlərdə isə tünd qəhvəyi piqmentasiya görünə bilər.[1][2]

2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırma, Havana itlərinin orta ömür müddətinin 14,5 il olduğunu müəyyən edib. Havana itləri sağlam yetişdirmə sayəsində uzun ömürlüdür və az sağlamlıq problemləri ilə üzləşirlər, lakin müntəzəm baytar nəzarətindən keçməyi məsləhət görülür. Ən çox rast gəlinən sağlamlıq problemləri eşitmə itkisi, göz xəstəlikləri və ürək problemləridir. Həmçinin, bu itlərin genetikası və ölçüsü ilə əlaqəli bəzi spesifik xəstəliklər mövcuddur.[3][4]

Havana itlərinə gündə yarım fincan ilə bir tam fincan arasında quru it yeməyi verilməlidir. Bu miqdar iki yerə bölünərək verilməlidir. Havana itlərinə insan qidaları verməmək vacibdir, çünki bu, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Yağ və ədviyyat əlavə edilmədən hazırlanmış hinduşka, toyuq və mal əti kimi zülal qaynaqları yaxşı seçimlərdir. Bundan əlavə, Havana itləri ürək problemlərinə meyilli olduğundan, "legum" (lobya kimilər) tərkibli it yeməklərindən uzaq durmaları tövsiyə olunur.

Havana iti bişon ailəsinin üzvüdür və mənşəyi Tenerife adasına bağlıdır. Tenerifedən Kubaya gedən gəmi manifestlərində bu adadan gətirilən itlərdən bəhs edilir və bu itlərin çox güman ki, Tenerife itləri olduğu düşünülür. Bəzi mütəxəssislər bütün Bichon ailəsinin bu itdən törədiyini iddia edir. Digərləri isə bu itlərin mənşəyini Maltaya bağlayır, çünki Aristotel və digər tarixçilər Maltada belə itlərin varlığından bəhs ediblər. Bu kiçik itlər tezliklə Kubadakı ispan kolonistləri ilə sıx əlaqəyə girərək, yerli zümrə tərəfindən çox sevilmişdir.[5]

Kuba inqilabı zamanı, üst sinif kubalılar və kommunistlər tərəfindən təqib olunan şəxslər ABŞ-yə qaçmışlar, lakin çox az adam itlərini yanlarında gətirə bilmişdir. 1970-ci illərdə, ABŞ-də bu nadir və cəlbedici it cinsinə maraq yaranmış, amma o dövrün əvvəllərində yalnız 11 Havana itinin genetik məlumatları mövcud idi. Amerika İtçilik Klubu (AKC) yalnız 1996-cı ildə Havana cinsini rəsmi olaraq tanıdı.[5]

Fəaliyyətlər

[redaktə | vikimətni redaktə et]

Havana itləri dostluq və asan öyrənmə xüsusiyyətləri sayəsində müxtəlif ictimai fəaliyyətlərdə istifadə edilir. Bu itlər terapiya itləri, yardım itləri, səs itləri kimi müxtəlif işlərdə, həmçinin performans itləri, mold və termit aşkarlanması və iz sürmə işlərində yer alır. Bundan əlavə, Havana itləri sürət yarışları, flaybol, musiqili it yarışların və itaət təlimi kimi müxtəlif it idmanlarında da iştirak edirlər.[1]

  1. 1 2 "Havanese Standard" (PDF). American Kennel Club. 8 June 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 February 2024.
  2. Bellamy, Kim K. L.; Lingaas, Frode; Madsen, Per. "Heritability of distichiasis in Havanese dogs in Norway". Canine Medicine and Genetics. 8 (1). 2021-11-16: 11. doi:10.1186/s40575-021-00110-5. ISSN 2662-9380. PMC 8594152 (#bad_pmc). PMID 34784963 (#bad_pmid).
  3. McMillan, Kirsten M.; Bielby, Jon; Williams, Carys L.; Upjohn, Melissa M.; Casey, Rachel A.; Christley, Robert M. "Longevity of companion dog breeds: those at risk from early death". Scientific Reports. Springer Science and Business Media LLC. 14 (1). 2024-02-01. doi:10.1038/s41598-023-50458-w. ISSN 2045-2322. PMC 10834484 (#bad_pmc).
  4. "Havanese". Canine Inherited Disorders Database. 2 January 2004. 9 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2009.
  5. 1 2 "Havanese". American Kennel Club. 26 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2024.