Harbin Z-19
Harbin Z-19 | |
---|---|
Tipi | Hücum helikopteri |
İlk uçuş | 2011 |
İstismara verilmə tarixi | 2012 |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Harbin Z-19 — Çin istehsalı olan kəşfiyyat və hücum helikopteridir. Maksimum çəkisi 4.5 ton olan helikopter sürət, qalxış gücü və uçuş qabiliyyəti baxımından böyük əhəmiyyətdə avantaj verir. Helikopter əsasən zirehli texnikalara qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Helikopterin hazırlanmasında “Bell AH-1 Cobra” helikopteri əsas götürülmüşdür. İndiyədək 120 dən artıq Harbin Z-19 helikopteri istehsal edilmişdir. İlk uçuşu 2011-ci ildə olmuşdur. 2012-ci ildən xidmətə qəbul olunmuşdur.
Taktiki-texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Uzunluğu: 12 metr
Hündürlüyü: 4.01 metr
Boş ağırlığı: 2350 kq
Yük ilə birlikdə ağırlığı: 4250 kq
Mühərrikin gücü: 2 x WZ-8C turboshaft, hər biri 700 kW (940 hp)
Maksimum sürəti: 280 km/saat
Maksimum uçuş məsafəsi: 700 km
Dözümlülüyü: 4 saat
Silahları: 8x TY-90 hava döyüşü raketi, 8x HJ-8 və ya digər anti-tank/hava-səth/raket əleyhinə raketlər.
Ekipaj üzvləri: 2 nəfər
İstehsal tarixi: 2011
İstehsalçı ölkə: Çin