Hans Morgentau

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hans Morgentau
Hans İoaxim Morgentau
Doğum tarixi
Doğum yeri Koburq, Almaniya
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Fəaliyyəti hakim, politoloq, yazıçı, filosof, universitet müəllimi[d]
Üzvlüyü

Hans İoaxim Morgentau (17 fevral 1904[1], Koburq19 iyul 1980[1], Nyu-York, Nyu-York ştatı) — almanəsilli ABŞ siyasətçisi, diplomatı və tarixçisi.

Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir.

1948-ci ildə Morgentau indi beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində siyasi realizmin əsasını qoymuşdur.

Morgentaunun digər məşhur əsərləri aşağıdakılardır:

  • Elmi insan güc siyasətinə qarşı (1946)
  • Dövlətlər arasında siyasət (kitab)
  • Milli marağın müdafiəsinə (1951)
  • Siyasətin dilemmaları (1958)
  • Amerikan siyasətinin məqsədi (1960)
  • İyirminci yüzillikdə siyasət (1962)
  • Həqiqət və Güc (1970)
  1. 1 2 Hans Joachim Morgenthau // Brockhauz Ensiklopediyası (alm.).