Hamaralın kayman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hamaralın kayman
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hamaralın kayman
Beynəlxalq elmi adı

Hamaralın kayman (lat. Paleosuchus palpebrosus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir.

Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur[3].

Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.

Yaşayış yeri və yaşayılması

[redaktə | mənbəni redaktə et]

Arealı — Amazon ovalığı və Cənubi Amerikanın şimalından Karib dənizinə qədər olan ərazilər. Kaymanlar nisbətən sürətli cərəyanlara malik dayaz sulara üstünlük verir. Eyni zamanda durğun və dərin sulara da dözə bilirlər. Su basmış meşələrdə də aşkarlanırlar.

  1. Integrated Taxonomic Information System (ing.). 1997.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Britton, Adam. "Paleosuchus". Crocodilians: Natural History & Conservation. Crocodilian.com. 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]