HTC One X

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
HTC One X
aşağı=
Brend HTC
İstehsalçı HTC
Buraxılış tarixi 2012
Ölçüləri 134.36 mm (uzunluq)
69.9 mm (en)
8.9 mm (qalınlıq)
Çəkisi 130 qram
Əməliyyat sistemi Android
Operativ yaddaş 1 QB RAM
Yaddaş 32 QB
Ekran 4.7 düym, 1280x720 piksel
Arxa kamera 8 meqapiksel
Bağlantı Wi-Fi
Bluetooth 4.0

HTC One XHTC tərəfindən istehsal olunan mobil telefon.

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.[1]

  1. ""HTC" şirkəti 4 nüvəli prosessora malik "Edge" smartfonu hazırlayır". 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-04.