Həvari Andrey monastırı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həvari Andrey monastırı
Απόστολος Ανδρέας
Din
Statusu aktiv
Yerləşməsi
Ölkə
Yeri Karpaz yarımadası, Zəfər burnu
Həvari Andrey monastırı xəritədə
Həvari Andrey monastırı
Həvari Andrey monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apostola Andreya monastırı (yun. Απόστολος Ανδρέας ; türk. Apostolos Andreas Manastırı) ― Karpaz yarımadasındakı Dipkarpaz şəhərində, Kipr adasının ən şimal-şərq nöqtəsi olan Zəfər burnunun cənubunda yerləşən monastır. Monastır Həvari Andreyə həsr olunmuşdur və Kipr Pravoslav Kilsəsi üçün vacib yerdir. Həm yunan, həm də türk icmaları monastırı müqəddəs yer hesab edirlər.

Monastırın inşasının ənənəvi hekayəsində deyilir ki, Həvari Andreyi daşıyan gəmi Müqəddəs torpaqlara səyahət edərkən yoldan çıxaraq buradakı qayalara dəyir. Sahilə çıxan Andrey və heyət qayalara toxunmuş və bir anda oradan bulaq qaynayır. Sular bir gözü kor olan gəmi kapitanının görmə qabiliyyətini bərpa edərək şəfa gücünə sahib olduğunu sübut edir. Bundan sonra ərazi ziyarət yerinə çevrilir.

12-ci əsrdə burada İsaak Komninin Şirürəkli I Riçarda təslim olması barədə danışıqlar apardığı, istehkamla əhatə olunmuş monastır mövcud idi. Əsas monastırın kilsəsi 18-ci əsrə, əsas binalar isə yüzlərlə il sonraya aiddir.[1]

Kütləvi ziyarətlər nisbətən yaxın bir zamana, 20-ci əsrə aiddir. 1974-cü ildə Kipr Sülh Hərəkatı əməliyyatından sonra monastırı ziyarət edənlərin sayı azalsa da, 2004-cü ildə keçid məntəqələrinin açılması ilə monastırı daha çox zəvvar ziyarət etməyə başladı. Son illərdə monastır bərbad vəziyyətə düşmüşdür və bərpa işləri aparılır.

2008-ci ildə adanın mədəni irsinin qorunmasından məsul olan ikitərəfli texniki komitə yaradıldı. Komitə son bir ildə Həvari Andrey monastırının bərpa işlərini koordinasiya edir. Başlanğıcda Kipr kilsəsi əməkdaşlıq etməkdən imtina etdi. Çünki Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən hazırlanmış sənəddə onun bu monastırın sahibi deyil, sadəcə ianəçisi olduğu qeyd edilmişdi. Arxiyepiskop II Xrizostom Kipr kilsəsinin sahibi belə olmadığı bir plana imza atmaqdansa tarixi monastırın çökməsinə icazə verməyə hazır olduğunu söylədi.[2] Bununla birlikdə, 2013-cü il yanvar ayının sonlarında Birləşmiş Millətlər Təşkilatı layihənin birdən çox ianəçi tərəfindən maliyyələşdirilməsinə imkan verən “çox ianəçili bir ortaqlığa” gedəcəyi təklifini hazırladığı zaman bu mövqe yenidən nəzərdən keçirildi.

12 yanvar 2013-cü ildə Kiprin şimalındakı səlahiyyətlilər monastırda 5 milyon avrodan çox dəyəri olan genişmiqyaslı bərpa işləri aparılacağını bildirdi.[3] Bərpa işləri hazırda beynəlxalq bir mütəxəssis qrupu tərəfindən aparılır və Kipr Kilsəsi (2 500 000 avro), EVKAF höküməti (2 500 000 avro) və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) (25 000 avro) tərəfindən maliyyələşdirilir.[4]

  1. "Apostolos Andreas Monastery, Karpaz, North Cyprus". 2011-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
  2. LGC News, The Online Newspaper for North Cyprus. ""We are not donors – we are owners": says Archbishop". 2020-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2013.
  3. "'Türkler onaracağına yıkılsın gitsin' - Hürriyet PLANET". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
  4. "Restoration of the Holy Monastery of Apostolos Andreas". 2018-11-23 tarixində arxivləşdirilib.