26°06′46″ şm. e. 50°30′50″ ş. u.HGYO

Həməd (Bəhreyn)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Həməd
ar/مدينة حمد
26°06′46″ şm. e. 50°30′50″ ş. u.HGYO
Ölkə  Bəhreyn
Region Şimal müxəfazası
Rayon Madiant-Həməd
Tarixi və coğrafiyası
Əsası qoyulub 1984
Mərkəzin hündürlüyü 35[1]
Əhalisi
Əhalisi 52.700 nəfər
Xəritəni göstər/gizlə
Həməd xəritədə
Həməd
Həməd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədinət-Həməd və ya Həməd-Taun (ərəb. مدينة حمد‎) — Şimali Bəhreyndə yerləşən rayondur.[2] Daha əvvəl burada ölkənin mərkəzi hissəsi olan Bəhreyn bələdiyyəsi yerləşirdi. Bələdiyyə 1991-ci ildə Rifa'va əl Mintaka al Canubiya bələdiyyəsindən ayrı fəaliyyət göstərirdi. Onun ərazisi indi Şimal əyalətinə aiddir. Ad Bəhreynin indiki kralı olan Həməd ibn İsa Əl-Xəlifənin şərəfinə verilmişdir. Şəhər müxtəlif ictimai-iqtisadi qatların şiə-sünni əhalisiylə qarışdırılmış mədəni müxtəliflikliyi ilə fərqlənir. Bu gün Həməd Bəhreyn multikulturalizmasını təcəssüm edir. Bir etnik qrup və dini qruplar tərəfindən deyil, bir çoxu tərəfindən idarə olunur.

Həməd şəhəri yaşayış şəhəri kimi 1984-cü ildə yaradılmışdır. Bəhreyn əhalisi daim artan qiymətlərlə özünə ev ala bilmirdi. Hökumət əhalinin sosial rifaqını artırmaq üçün onlar üçün sosial evləri tikməyə başladı.

1990-cı ildə hökumət Bəhreyn qapılarını küveytlilərin üzlərinə açdı. Onlar İraqla Fars körfəzində müharibənin nəticələrindən əzab çəkirdilər. Onlara Həməd-Taunda pulsuz evlər və məktəblər verildi. Onlara şəhər rahatlıqlarından istifadə etməyə icazə verildi. Küveytlilər müharibənin sonunda 1991-ci ilin başlanğıcında öz vətənlərinə qayıtdılar. 2001-ci ildə hökumət evləri şəhərin əhalisinə verdi.

Rayonun ərazisində Bəhreyn İstehkamı yerləşmişdir. Bu yer turistlər arasında məşhur görməli yer hesab olunur. Tikintinin dəqiq tariximəlum deyil. Güman olunur ki, e.ə 2800-ci ildə inşa olunmuşdur.

Həməd şəhəri dövlətin paytaxtı olan Manama şəhərindən 18 kilometr, hava limanından isə 19 kilometr məsafədə yerləşmişdir. Şəhər Formula-1 yarışlarının Bəhreyn mərhələsənin təşkil edildiyi Saxir sahəsinə (Bəhreyn Beynəlxalq avtodromu) yaxın yerləşmişdir. Bu yol Yaxın Şərqdə yerləşən ən böyük yol hesab olunur. Həmçinin Həməd-Taun 22 yol dairəsi ilə məşhurdur.[3] 2005-ci ildə şəhərin əhalisini 52,718 nəfər təşkil edirdi.

Qanun və hökumət

[redaktə | mənbəni redaktə et]

Həməd şəhəri Bəhreynin beş əyalətindən biri olan Şimal əyalətinin bir hissəsidir. Ancaq hökumət əhalinin öz şəxsi qanunlarını daxil etməyi qadağan edir və şəhər Bəhreyn Krallığının bütün milli qanunlarına riayət etməlidir.

Həməd-Taun əhalisi bir qayda olaraq iş üçün Manamaya gedirlər. Həməd-Taun ərazisinin əksəriyyəti yaşayış sahəsidir. Amma Suk-Vakif[4] adlı böyük ticarət mərkəzi də bu şəhərdə yerləşib. Mərkəzdə çoxlu mağaza fəaliyyət göstərir və Həməddə bəzi məşğulluğu təmin edir. Şəhərin görməli yerlərinin arasında "Mirvari Muzeyi" də var. Muzey Bəhreynin əhəmiyyətli tarixi binalardan biri və Bəhreynin birinci rəsmi məhkəməsidir. Həmçinin daha bir muzey mövcuddur ki, onun adı Bayt-əl-Ku'randır. Muzeydə Müqəddəs Quranın əlyazmalarının böyük bir hissəsi saxlanılır.

  • Kanu məscidi — Şah Həməd tərəfindən işna edilib. 2-ci və 3-cü qatları halqaşəkillidir.
  • Bəhreyn Beynəlxalq Hava Limanı Həməd şəhərindən 19.7 kilometr məsafədə yerləşmişdir.[5]

Həməd-Tauna yaxın olan böyük rayonlar:

Təhsil (yaranması)

[redaktə | mənbəni redaktə et]

Bəhreyn Universiteti Həməd-Taunun (Suxir) yaxınlığında öz əsas universitet şəhərciyini tikdirmişdir.

  1. "Hamad Town". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  2. "Information About Bahrain Holidays and Travel - TheBahrain". www.thebahrain.com. 2016-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  3. "Район Hamad Town - самая необходимая и подробная информация о достопримечательности: фото места, описание, контакты – адрес, телефон, официальный сайт". www.rutraveller.ru. 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  4. "Souk waqif سوق واقف المركزي - Wikimapia". wikimapia.org. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
  5. Maplandia.com Team. "Madinat Hamad Map | Bahrain Google Satellite Maps". www.maplandia.com. 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.