Google+

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Google+
Loqonun şəkli
Tipi sosial şəbəkə, tətbiqi proqramlaşdırma interfeysi, bulud hesablama, internet xidməti[d], kompüter platforması
Müəllif Google
İnterfeysin dili çoxdilli[d], rus dili, ingilis dili
Yayımlanma tarixi 28 iyun 2011
Sayt plus.google.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə.

28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır.

Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir.

27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir.

52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.[1]

  1. Snider, Mike. "Google sets April 2 closing date for Google+, download your photos and content before then". USA Today. February 1, 2019. February 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2019.