Fransişku Quterriş
Fransişku Quterriş | |
---|---|
Şərqi Timor Demokratik Respublikasının Prezidenti | |
20 may 2017 – h.h | |
Əvvəlki | Taur Matan Ruak |
Milli Məclisin sədri | |
20 may 2002 – 31 iyul 2007 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Fernandu di Arauju |
Təsis Məclisinin sədri | |
15 sentyabr 2001 – 20 may 2002 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ossu, Portuqaliya Timoru (indiki Şərqi Timor) |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Sidaliya Lopes Nobre Muzino Guterriş |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fransişku Quterriş (port. Francisco Guterres; tetum Francisco Guterres; 7 sentyabr 1954[1][2], Ossu[d], Vikike bələdiyyəsi[d]) — 2017-ci ildən etibarən Şərqi Timor Prezidenti olan şərqi timorlu siyasətçi.
Həyatı
[redaktə | mənbəni redaktə et]1954-cü ildə Ossuda anadan olan Quterreş özünü "kasıb ailənin, təvazökar insanların övladı" olaraq xarakterizə etdi. O, Roma katolikidir və keçmiş partizan döyüşçüsüdür.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1998-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Fretilin Fövqəladə Konfransında Quterreş Silahlı Müqavimət Şurasının baş koordinatoru seçildi. 2001-ci ilin iyulunda Fretilin Prezidenti seçildi. Guterriş 2001-ci ilin avqustunda parlament seçkilərində Təsis Məclisinə seçildi və daha sonra 2002-ci ilin mayında Şərqi Timor müstəqillik qazandıqdan sonra təsis məclisi tərəfindən prezident olaraq seçildi, təsis məclisi parlamentə çevrildi və o parlament sədri oldu.[3]
2007-ci il prezident seçkilərində Quterriş Fretilinin namizədi olaraq yarışdı və populist platformada təbliğat apardı. Lakin Fretilinin bəzi üzvləri onu 2006-cı ildə Şərqi Timor böhranında günahlandırdı və müstəqil namizəd olaraq mübarizə aparan Baş nazir Joze Ramuş-Ortanı dəstəklədi. 9 apreldə keçirilən seçkinin ilk turunda Quterriş 27.89% səslə birinci yeri tutdu. O və Ramuş-Orta may ayında keçirilən ikinci turda iştirak etdilər və Quterriş Ramuş-Ortanın 69% səsinə qarşı yalnız 31% səs toplayaraq məğlub oldu. Nəticəni qəbul etdi və Ramuş-Ortanı təbrik etdi.[4]
Quterriş 2007-ci ilin iyununda keçirilən parlament seçkilərində Fretilinin namizəd siyahısında ilk ad olaraq yenidən parlamentə seçildi.[5]
2017-ci il prezident seçkilərində sabiq Baş nazir Şanana Gujmau və partiyası Timor Yenidənqurma Milli Konqresinin dəstəyi ilə yenidən Fretilin namizədi olaraq iştirak etdi. İlkin nəticələr onun ilk turda 50%-dən çox səs topladığını göstərdi. Guterriş 20 may 2017-ci ildə Şərqi Timorun seçilmiş ilk partizan Prezidenti olaraq vəzifəyə başladı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Francisco Guterres // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Francisco Guterres // Munzinger Personen (alm.).
- ↑ http://www.parlamento.tl/pag_dep_web/023.htm[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2012-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- ↑ https://web.archive.org/web/20070810223956/http://www.cne.tl/Eleisaun_Parlamentar/ACTA%20FINAL/aviso_publico_final%2009-07-07-ENGLISH.pdf