Flamandlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Flamandlar
Belçika ərazisində yerləşən Flamand əraziləri.
Ümumi sayı
6.550.000 (2006-cı ilə olan məlumat.)
Yaşadığı ərazilər
Belçika Belçika 6.230.000
Fransa Fransa 1.456.937
ABŞ ABŞ 389.171
Dili

holland dili

Qohum xalqlar

hollandlar

Flamandlar və ya Fələmənglər (nid. Vlamingen) — Belçikanın şimalında yaşayan xalq.

Flamand bölgəsi

[redaktə | mənbəni redaktə et]

Flamand bölgəsi (paytaxt Brüssel)

Flamand bölgəsinın əyalətləri:

Hələ orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin əvvəllərində yaranmağa başlamışdır . XIII – XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır.

Flamandların tarixi bayraqları.

Belçikada yaranan flamand dili bədii ədəbiyyat XVIII əsrə qədər Niderland ədəbiyyatının tərkib hissəsinə daxil olmuşdur. XVI əsrin sonlarında Niderland mədəniyyətinin ağırlıq mərkəzi şimala (Hollandiyaya) keçir. Cənubi Niderlandda , müasir Belçikanın ərazisində də niderland dilində ədəbiyyat inkişaf etməkdə davam edir . XVII əsrdən bu dil flamand dili adlandırıldı. Bu dildə Y. Hardöyn məhəbbət mövzusunda şeirlər və sonetlər , A. Poyrters isə didaktik və dini mövzuda romanlar yazmışdır .

XIX əsrin 40–50-ci illərində Belçika ədəbiyyatı hələ müstəqil deyildi, sırf milli səciyyə daşımırdı. Bu ədəbiyyat Avropa, xüsusilə də fransız romantizminin təsiri altında idi.

XVII–XVIII əsrlərdə də Qərbi Avropada da tüğyan edən dini müharibələr zamanı Belçikada bədii ədəbiyyat böhran keçirirdi. Bu dövrdə yaşayıb yaratmış fransız dilli yazıçılar E. Bröşe de lya Krua və B. A. de Valef klassisizm üslubunda şerlər və poemalar yazmışlar, Ancaq XVIII əsrin ortalarına yaxın Belçika ədəbiyyatında bir sıra maarifçilik səciyyəli əsərlər meydana gəlmişdir. Bu dövrdə Lyej şəhəri mədəniyyət və ədəbiyyatın mərkəzinə çevrilir. Böyük fransız maarifçisi Volterin əsərləri və "Ensiklopedik jurnal" burada çap olunur. Bir sıra ədəbi cəmiyyətlər və dərnəklər yaranır. O. B. Rene və J. N. Bassanj vətənpərvərlik mövzusunda şerlər yazırdılar. XIX əsrin əvvəllərində Avropanın bir çox ölkələrində olduğu kimi, burada da romantizm ədəbi cərəyanı yaranır . Belçika romantikləri demək olar ki, başdan başa C. H. Bayronun (F. Lebrussar) və V. Hüqonun (A. van Hasselt) təsiri altında əsərlər yazırlar. A. Mok və V. Skottun təsiri altında tarixi romanlar yazır . T. Vösternad və E. Vakken realist üslubda şeirlər yazırlar.

XIX əsrdə flamand dilli ədəbiyyat da inkişaf etmişdir . Bu dövrdə flamand dilində X. Konsians , K. L. Ledeqank kimi şairlər romantik ruhda əsərlər yazırlar . Bu əsrin ikinci yarısında isə tənqidi realizm üslubuna yaxın olan demokratik ədəbiyyat inkişaf edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]