Faselis
Faselis | |
---|---|
Phaselis | |
| |
36°31′25″ şm. e. 30°33′07″ ş. u.HGYO | |
Yer | Tekirova, Kemer, Antalya,Türkiyə |
Region | Likiya |
Tarix | |
İnşaatçı | I Oleios |
Əsası qoyulub | E.ə. 690 |
Tərk edilib | XIII əsr |
Yer qeydləri | |
Məxsusluq | İctimaiyyət |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Faselis — Türkiyə Respublikasının Antalya əyalətinin Kemer rayonu yaxınlığında yerləşən antik şəhər. Müasir Tekirova kəndində qalıqları qalmaqdadır. Beydağları Sahil Milli Parkı ərazisində yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Faselis şəhərinin əsası E.ə. VII əsrdə Rodos kralı I Oleios tərəfindən qoyulduğu ehtimal edilir[1]. Belə ki, Üç limana sahib olan və zəngin meşə sahələrinin yaxınlığında yerləşən Faselis E.ə. 690-cı ildə Rodosluların koloniyası olmuşdur. E.ə. VII əsrdə və E.ə. VI əsrdə müstəqilliyini qoruyan Faselis şəhəri, Farsların Anadolunu işğal etməsindən sonra onların hakimiyyətini qəbul etmişdilər. Makedoniyalı İsgəndərin Farslara qalib gəlməsi ilə Faselis Makedoniyalı İsgəndərin hakimiyyətini qəbul etmişdir. Faselislilər Makedoniyalı İsgəndər şəhərə yaxınlaşdıqda şəhərin qapılarını açıb ona təslim olmuşdur. Makedoniyalı İsgəndər Pamfiliya şəhərlərinin elçilərinin bir çoxunu burda qəbul etmiş və sahil şəhərləri işğal edə-edə Gordiana doğru istiqamətlənmişdir.
Makedoniyalı İsgəndərin ölümündən sonra E.ə. 309-ci ildən E.ə. 197-ci ilə qədər Misir Potolomeylər dövlətinə tabe olmuş, Apameia sazişi ilə digər Likiya şəhərləri ilə birgə Rodos Krallığının tərkibinə daxil olmuşdur. E.ə. 190-cı ildən E.ə. 160-cı ilə qədər Rodosluların şəhərdə hökmranlıq etmişdir. E.ə. 160-cı ildə Roma hakimiyyətinə tabe olan Likiya Birliyinə daxil olmuşdur. Faselis E.ə. I əsrdə Olimpos ilə birlikdə daima dəniz quldurlarının hücumlarına məruz qalmışdır və bir müddət Dənuz qulduru Zenekitesin əlinə keçmişdir.Romanın Zenekitesi məğlub etməsi ilə Zenekites hakimiyyətinə son qoyulmuşdur. E.ə. 42-ci ildə Brut şəhəri Romadan tam asılı vəziyyətə salmışdır. Bizans dövründə Faselis Yeposkopluq mərkəzi idi. Əlverişli limanlarına görə III əsrdə təkrar dəniz quldurlarının hücumlarına məruz qalmış və get-gedə əhəmiyyətini itirməyə başlamışdır. Ərəblərin hücumları ilə şəhər biraz da dağılmış və XI əsrdə artıq şəhər mövcudluğunu itirmək üzrə idi. Səlcuqluların Alaniya və Antalya limanlarına əhəmiyyət verməsi ilə şəhər tamamilə əhəmiyyətini itirmişdir.[2]
Qalıqları
[redaktə | mənbəni redaktə et]Faselis şəhərindən dövrümüzə Roma və Bizans dövründən qalan qalıqlar üstünlük təşkil edir. Bu qalıqlar əsasən şəhərin əsas əksini meydana gətirən və Şimal-Cənub limanlarını birləşdirən əsas küçənin hər iki yanı ilə sıralanır.Küçə, Agora ilə Teatr arasında genişlənərək kiçik bir meydan təşkil edir. Meydanın cənub-şərq tərəfindəki pillələr Teatra və Akropola getməyə imkan yaradır. Faselis Teatrı, akropolun yamacında inşa edilmiş kiçik həcmli Ellinizm dövrlü teatrdır. Roma dövründə səhnə binasının inşa edildi, Bizans dövründə isə binanın divarlarının müdafiə rolu oynayan divarların bir parçası olduğu qalıntılardan müəyyən edilmişdir.
Şəhərin girişin sağında, şəhərin ən qədim divarları (E.ə. III əsr) məbədə və ya məzara oxşar qalıqlar tapılmışdır. Şimal limanının arxasındakı yamac isə şəhərin qəbiristanlıq
hissəsidir. Şəhərin su ehtiyacı şimaldakı təpədə yerləşən su qaynağından qarşılanırdı. Biri Teatrın qarşısında, digər ikisi isə cənub limanı gedən əsas küçənin sağında olmaqla şəhərdə üç Agora tapılmışdır. Teatrın qarşısındakı agoranın içindən, Bizans dövrünə aid kiçik bir bazilikanın qalıqları yerləşir. Şəhərdən qalan digər iki qalıntı isə şəhərin meydanındakı bir kiçik və bir böyük hamamdır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kemer ilçesi tarihi Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine T.C. Kemer Kaymakamlığı
- ↑ Phaselis Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine cirali.gen.tr
- ↑ Antik kentler - Phaselis Arxivləşdirilib 2018-09-23 at the Wayback Machine Türkiyə Turizm və Mədəniyyət Nazirliyi Antalya Əyaləti şöbəsi