Faina Ranevskaya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Faina Ranevskaya | |
---|---|
Faina Georgievna Ranevskaya | |
| |
Doğum adı | Faina Fledman |
Doğum tarixi | 15 (27) avqust 1896 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 iyul 1984[1] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | infarkt[d], ağciyər iltihabı |
Dəfn yeri |
|
Vətəndaşlığı |
|
Atası | Qirşi Feldman |
Anası | Milka Feldman |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, aktrisa |
Fəaliyyət illəri | 1915-1984 |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0709993 |
Vikianbarda əlaqəli mediafayllar |
Faina Ranevskaya (Фаина Георгиевна Раневская) (15 (27) avqust 1896, Taqanroq, Don Voysko vilayəti[d] – 19 iyul 1984[1], Moskva) —Sovet teatr və kinosunun görkəmli aktrisası. "XX əsrin ən böyük rus aktrisalarından biri" və "ikinci planın kraliçası"
Həyatı
[redaktə | mənbəni redaktə et]Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman Qirşi quru boya istehsal edən fabrikin, tikinti materialları mağazası və "Saint Nicholas" gəmisinin sahibi idi. Anası Feldman Milka isə evdar qadın olub. Onların ailəsində Fainadan başqa iki qardaş və Fainadan yaşca böyük İzabella adlı bacısı vardı. Fainanın 5 yaşı olanda onun balaca qardaşı dünyasını dəyişir.
Faina öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq o, zəngin tacir ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçilən musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı. 1913-cü ildə Faina il dəfə Moskva Bədii Teatrının səhnəsində Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra o, tetar vurğununa çevrilir. Sonralar o, "Albalı bağı" pyesinin qəhrəmanının soyadını özünə təxəllüs götürür. Bu isə çox sadə bir əhvalat zamanı baş verir. Faina aktrisa olmaq üçün qərar verib teatr studiyalarının birində səhnə dərsləri üzrə hazırlığa getməyə başlayır. Atası onun aktrisalığa olan istəyindən xəbər tutan kimi ailədə güclü mübahisə yaranır. Atasının qərarına əsasən aktrisalıqdan söhbət belə gedə bilməzdi. Bu səbəbdən də Faina ciddi olaraq arzuladığı sənətlə məşul olmaq üçün yaşadığı şəhəri tərk etmək məcburiyyətində qalır. 1915-ci ildə o, Taqanroqu tərk edərək Moskva şəhərinə yola düşür. Lakin, böyük ümidlərlə üz tutduğu Moskva onu xoş qarşılamır. Heç bir teatr məktəbi onu qəbul etmir. Məcburiyyət qarşısında qalan qızcığaz özəl məktəblərin birinə qəbul olunmaq məcburiyyətində qalır.
Bir müddət sonra isə O, aktrisa Yekaterina Qelser ilə tanış olur. Qelserin məsləhəti ilə o, Moskva yaxınlığında yerləşən Malaxov adına yay teatrına yazılır. Faina ilk olaraq nəzərə çarpmayacaq, epizodik səhnələrdə çıxış etsə də, onun üçün Olqa Sadovskaya, Pevsov kimi aktyorlarla işləmək böyük xöşbəxtlik olur. Həmçinin Fainanın böyük aktrisa olacağını proqnazlaşdıran ilk sənət adamı da Pevsov olur. Faina bir müddət həmin teatrda işləyir. Sonra isə ailəsinin xarici ölkəyə mühacirət etdiyini eşidir. Moskvada baş qaldıran vətəndaş müharibəsi ərəfəsində tənha qalan Faina aktrisa Pavla Vulf ilə tanış olub dostluq etməyə başlayır. Moskvada daimi qalıb yaşaya bilmək üçün ona dramaturq Maks Voloşin köməklik edir. Teatr aktyorları truppasına üzv yazılan Faina rejissor Pavel Rudinin hazırladığı "Roman" tamaşasında Marqarita Kavalina obrazını çox ustalıqla ifa edir. Ardınca o, "Sonuncu qurban", "Canlı meyid", "Müfəttiş", "Fırtına" kimi tamaşalarda aparıcı rolları ifa edir. 1925-ci ildə O, Pavla Vulf ilə birlikdə Moskva Xalq Teatrına qəbul olunurlar. Orda işlədiyi müddətdə onu Kamera teatrında işləmək fikri bərk məşğul edir. Faina Kamera Teatrının baş rejissoru Aleksanr Tairova məktub yazmaq qərarına gəlir. İlk məktuba o heç bir müsbət cavab ala bilir. Lakin, sonra rejissor öz qərarını dəyişib Fainanı teatra qəbul edir. Xeyli vaxt həmin teatrda işlədikdən sonra o, Moskva Qızıl Ordu Teatrına, daha sonra Malıy teatrına dəvət olunur. Moskva Qızıl Ordu Teatrı onu buraxmaq istəmir. Faina ilə teatrdan böyük mübahisə ilə ayrılır. Lakin bu dəfə də Malıy teatrı onu qətuiyyətlə truppaya qəbul etməkdən imtina edir. Aktrisanın kino ilə ilk tanışlığı 1934-cü ildə rejissor Mixail Rommun dəvəti ilə "Toppuş" filmində baş tutur. Həmin ərəfədə Moskvada səfərdə olan yazıçı Romen Rollan filmi seyr edərək Ranevskayanın ifasını xüsusi qeyd edib, filmin Fransada göstərilməsi üçün xahiş etdi. Film fransız tamaşaçıları tərəfindən də yaxşı qarşılanıb, böyük uğur qazanır. "Toppuş" filmindəki uğurundan sonra Faina təkrar kinoya çəkilmək istəməyərək – "bütün bunlar çox yorucu işlərdi" kimi fikirlər səsləndirdi. Buna baxmayaraq üç ildən sonra işsiz qalan, teatrdan uzaq olan aktrisa rejissor İqor Savçenkonun filminə çəkilməyə razılıq verir. Kino onu ələ almağı bacarır. Ard-arda gələn film təkliflərinin heç birinə yox demir. 1940-cı ildə aktrisa yenidən Mixail Rommun dəvəti ilə "Arzu" filminə çəkilir. Həmin film aktrisanın kinokaryerasında çox önəmli yer tutur. Belə ki, aktrisa öz xatirələrində yazırdı: "Bütün həyatım boyu mən o cür sevinc yaşamamışam. Nə teatrda, nə kinoda. Mixail Romm ilə mənim həmin filmdəki işim unudulmazdı. Mən Mixail müəllimdən aktyora necə davranmağın, insan xasiyyətinə incə yanaşmanın, xeyirxahlığın, əsl müəllim sənətinin sirlərini öyrənmişəm. Həmişə bu böyük insana qarşı olan minnətdarlıq hissimi qoruyub saxlamağa çalışmışam. Hər zaman ona məni məhz "Azru" filminə dəvət etdiyi üçün sonsuz təşəkkür hissləri duymuşam." Həmin filmi izləyən yazıçı Teodor Drayzer aktrisanın ifasını çox yüksək qiymətləndirib. Böyük vətən müharibəsi başlandıqdan sonra o, bir müddət Daşkənd şəhərinə evakuasiya olunur. Lakin, 1943-cü ildə yenidən Moskvaya qayıdıb. Mayakovski adına Dram Teatrına qəbul olunur. Rejissor İsidor Annenskinin "Toy" filmində gəlinin anası rolunu ifa edir. Həmin filmdə aktrisa güclü aktyor ansamblı ilə işləyir. Bu film uzun illər tamaşaçıların sevimli fimi olur. Aktrisanın həmin filmdə işlətdiyi frazalar uzun illər dillərdə gəzir. O, müharibədən sonra 1947-ci ildə "Bahar", "Küllücə" filmlərinə çəkilir. "Küllücə" filmindəki ögey ana obrazı kinotənqidçilər tərəfindən onun ən yaxşı komik rolu kimi qeyd olunur. Ölümündən bir il əvvəl aktrisa səhnədəki son rolundan imtina edir: "Özümü yaşlanmış əşya kimi hiss edirəm. Bütün sümüklərim ağrıyır. Çox yorulmuşam, çox. Bu günə qədər bir çox teatrlarda işləsəm də, heç birində rahatlıq tapmadım. 87 il! Mən axı Aleksandra Yabloçkina deyiləm ki, yüz il səhnədə olum. Yox, artıq səhnəyə çıxmayacağam. Faina Ranevskaya 1984-cü il iyulun 19-da sətəlcəm və infarktdan dünyasını dəyişib.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- — RSFSR əməkdar artisti
- — "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
- — "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
- – "Şərəf" nişanı ordeni
- — RSFSR xalq artisti
- — "Moskvanın 800 illik xatirəsinə" medalı
- — "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- – Stalin mükafatı
- — ikinci dərəcəli Stalin mükafatı
- — üçüncü dərəcəli Stalin mükafatı
- — "Qırmızı əmək bayrağı" ordeni (2-dəfə)
- — SSRİ xalq artisti
- — Lenin ordeni
- — "Əmək veteranı" medalı
Faina Ranevskayanın aforizmləri
[redaktə | mənbəni redaktə et]- Mən yumurta kimiyəm: iştirak edirəm, amma qarışmıram.
- Qurbağayla evlənirsən, qurbağa tilsimi sındırıb şahzadə olur — bu, nağıldır. Şahzadəylə evlənirsən, qurbağa çıxır. Bu isə, əzizim, həyatdır…
- Bütün ömrü boyu butterfli üslubunda unitazda üzdüm.
- Mən vağzaldakı köhnə palma kimiyəm; heç kimə lazım deyiləm, amma çıxarıb tullamağa da adamın heyfi gəlir.
- Ən rəngbərəng, gözəl tovuz quşu lələyinin altında da adi quş dalı var. Ona görə, cənablar, pafosu saxlayın!
- Mən aktrisa üçün oynamaq sözümü qəbul etmirəm. Kart oynamaq, dama oynamaq, cıdır yarışında oynamaq olar. Səhnədə yaşamaq lazımdır.
- Siz bilirsiniz, kinoda çəkilmək nə deməkdir? Təsəvvür edin ki, hamamda çimirsiz və orada bir dəstə adam ekskursiya keçir.
- Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir.
- Sklerozu müalicə etmək olmur, amma skleroz olduğunu unutmaq olur.
- Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz.
- Lesbiyanlıq, homoseksualizm, mazoxizm, sadizm – bunlar pozğunluq deyil. Pozğunluq buzun üstündə balet, otun üstündə hokkey oynamaqdır.
- Bədbəxtliyə bax… Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır.
- Bu filmə dördüncü dəfədir ki, baxıram. Deyim ki, bu gün əla oynadınız.
- Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?
- Uğur qazanmaq üçün qadında iki keyfiyyət olmalıdır. Bir: axmaq kişilərin xoşuna gəlmək üçün kifayət qədər ağıllı olmaq. İki: ağıllı kişilərin xoşuna gəlmək üçün kifayət qədər axmaq olmaq.
- Tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir.
- Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın.
- Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm.
- Optimizm informasiya çatışmazlığıdır.
- Pis filmə çəkilmək əbədiyyətə tüpürcək atmaqdır.
- Uşaq birinci sinifdən tənhalıq elmini öyrənməlidir.
- Tənhalıq odur ki, evdə telefon ola-ola "budilnik" zəng çalır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France Faina Grigorʹevna Ranevskaâ // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- 27 avqustda doğulanlar
- 1896-cı ildə doğulanlar
- Taqanroqda doğulanlar
- 19 iyulda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- 88 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Donskoye qəbiristanlığında dəfn olunanlar
- SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- SSRİ xalq artistləri
- RSFSR-in əməkdar artistləri
- RSFSR xalq artistləri
- "Stalin" mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri