Fərman İmamquliyev
Fərman İmamquliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 1996 (70 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Sədaqət İmamquliyeva |
Uşağı | Cəmaləddin İmamquliyev |
Atası | Həsənqulu İmamquliyev |
Anası | Bəyaz İmamquliyeva |
İşləri və nailiyyətləri | |
Mükafatları |
Fərman Həsənqulu oğlu İmamquliyev (23 fevral 1926, Gəncə – 12 noyabr 1996, Gəncə) — əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Gəncə şəhərinin baş memarı, Nizami məqbərəsinin müəllifi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Fərman İmamquliyev 1926-cı il fevral ayının 23-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Atası, Həsənqulu İmamquliyev, şəhər idarələrində mühasib işləmişdir.
1943-cü ildə Gəncə şəhər 3 nömrəli Beynəlmiləl orta məktəbini bitirmişdir. Həmin ildə Tbilisi Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə daxil olmuş, 1944-cü ildə memarlıq sənətinə böyük həvəsi nəzərə alınaraq, köçürmə yolu ilə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə keçmiş, təhsilini burada davam etdirmişdi. 1946-cı ildə (II kurs tələbəsi olarkən) "Sumqayıt şəhərinin giriş darvazası" adlı müsabiqədə 3-cü yer tutmuşdur.
Faəliyyəti
[redaktə | mənbəni redaktə et]1951-ci ildə Gəncə şəhərinin baş memarı təyin olunmuşdur.
Şəhərin baş planına əsasən, Yeni Gəncə, Gülüstan, Mahrasa bağı və digər qəsəbələrin layihə müəllifidir. Həmçinin, Gəncə şəhərində Şimali-Şərq (Alüminium zavodu) və Qərb (Maşınqayırma, Çini qablar, Sənaye-Rabitə müəssisələri, Billur zavodu və Qənnadı fabriki) sənaye qovşaqlarının yaranmasında yaxından iştirak etmişdir.
Hacı Vaqifin türbəsi, Univermaq, Xatirə parkının (indiki Heydər Əliyev parkı) salınması, şəhərdə ağ su bulaqlarının tikilməsi, "Mirzə Şəfi Vazeh", "Füzuli", "Fərhad" heykəlləri və digər layihələr Fərman İmamquliyevin müəllifliyi əsasında yaradılmışdır.
O, 1961–70-ci illərdə Şah Abbas məscidi ətrafında, şəhər istirahət parkında, inzibati meydanın yenidən qurulması, abadlaşdırılmasında, Univermaq, "Bakı" kinoteatrı, "Kəpəz" mehmanxanası binalarının, Qənnadı fabrikinin, Çini qablar, Əlvan metal və çörək məmulatları zavodlarının, ət kombinatının, "Nizami", "28 May" küçələri və körpülərin şəhərin baş planına uyğun tikilməsinə nail ola bilib. Qatır Məmmədin, Fərhadın heykəllərini, Məhəmməd Hadinin, Qənbər Hüseynlinin qəbirüstü abidələrini də elə bu illərdə yaratmışdır.
Ən böyük layihəsi — Gəncə şəhərinin simvolu sayılan Nizami məqbərəsinin tikintisidir. Layihə 1991-ci ildə başa çatmışdır. Məqbərə ətrafında yerləşən abidələrin müəllifi isə heykəltaraş Qorxmaz Sücəddinov olmuşdur.[2]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Fərman İmamquliyev 1996-cı il noyabr ayının 12-də Gəncə şəhərində vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Telman Mehdixanlı. "O, istedadlı memar idi". 8 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2019.
- ↑ "Memarlıq abidələri". 8 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2019.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.kapaz.ganja-ih.gov.az/page/16.html
- http://anl.az/down/medediyyet_2006/medeniyyet2006_oktyabr_91.htm
- http://news.milli.az/culture/146180.html
- http://www.ganjanews.az/2013/07/22/m%C9%99d%C9%99niyy%C9%99t/nizami-g%C9%99nc%C9%99vi-m%C9%99qb%C9%99r%C9%99si-haqq%C4%B1nda...fotoreportaj.html Arxivləşdirilib 2017-02-27 at the Wayback Machine
- http://regionplus.az/az/articles/view/4863
- http://az.azvision.az/news.php?id=8567 Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine