Evtrofikasiya
Evtrofikasiya (q.yun. εὐτροφία — yaxşı qidalanma) — çayların, dənizlərin və su hövzələrinin biogenlərlə zənginləşməsi. Evtrofikasiya həm su hövzələrinin təbii qocalması, həm də cirkab sularının hövzəyə daimi axması nəticəsində yaranır. Prosesə təsir edən əsas kimyəvi elementlər — fosfor və azotdur.
Yaranma səbəbləri
[redaktə | mənbəni redaktə et]Evtrofikasiya əsasən cirkab sularının nəticəsində su hovzəsinə daxil olmuş biogen elementlərin (azot, kalium, fosfor) köməyi ilə mavi-yaşıl yosunların artımı deməkdir. Mavi-yaşıl yosunların curuməsi üçün oksigen lazım olduğundan bu yosunlar suyu oksigensizləşdirir. Oksigen də canlı həyatın var olması üçün başlıca amil oldugundan evtrofikasiya su hovzələrinə bioloji cəhətdən böyük ziyan vurur.
Süni evtrofikasiya yosunların artmasına, oksigenin azalmasına, suda yaşayan canlıların məhvinə gətirib çıxarır. Bunlar günəş şüasının su dərinliyinə az düşməsinə və fotosintezin az olmasına gətirib çıxarır.
Mübarizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Əsas antropogen səbəbləri suyun təmizlənməməsi (əsasən heyvandarlıq komplekslərindən gələn çirkab suyun) və əkin sahələrindən gübrələrin yuyularaq su mənbələrinə düşməsidir. Bir sıra ölklərdə suyun evtrofikasiyasının qarşısını almaq üçün təmizlik məhsullarında ortofosfat natrinin azaldılması üçün ciddi qərarlar qəbul edilib.