40°35′21″ şm. e. 4°08′52″ q. u.HGYO

Eskorial

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eskorial
Real Monasterio de San Lorenzo de El Escorial
40°35′21″ şm. e. 4°08′52″ q. u.HGYO
Yer qeydləri
Eskorial xəritədə
Eskorial
Eskorial
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

El Escorial — İspaniyanın paytaxtı Madridin təxminən 45 km şimal-qərbində yerləşir. İspaniya krallarının tarixi saray xarakterində bir quruluşda olub, 10 avqust 1558-ci ildə Fransa ilə Sankt-Quentin müharibəsində qazanıldığı qələbəni anmaq üçün II Filipp tərəfindən inşa edilmişdir. Sierra de Guadarrama dağının ətəklərində monastır, saray, kitabxana və digər hissələrdən ibarət olan, İspaniya kralı II Filippnin iqamətgahı kimi istifadə olmuş dini-mədəni abidədir. 1984-cü ildən UNESCO-nun Dünya Mirasları siyahısındadır.

İspaniya kralı II Filipp 10 avqust 1557-ci il tarixində Sankt-Quentin müharibəsində Fransız ordusunu məğlub etdi. Ənənəvi inanca görə qələbə Sent Laurensenin anma günü olduğu üçün II Filipp Sent Lourensin şərəfinə El Escorial qəsrinin tikintisinə qərar vermişdi. Çünki 10 avqust həmçinin Sent Laurenseni anma günüdür və Lourens III əsrdə döyüşlərdə həlak olmuşdur. Laurens günündə qazandığı bu qələbə üçün minnətdarlıq ifadəsi kimi İspan monarxiyasının və silahının gücünü göstərəcək və Sankt-Quentin qələbəsini əbədiləşdirəcək bir monastır inşa etdirməyə qərar vermişdir.

Eskorial kitabxanası

Monastır layihəsi zamanla, quruluşa yüklənmək istənən mənalara paralel bir şəkildə böyüyürdü. V Karlın vəsiyyət etdiyi kimi bir sülalə panteonu ideyasının işin içinə düşməsinin arxasında, monastırla kral sarayını bir araya gətirmək vasitəsilə İspaniya mütləqiyyətinin siyasi doktrinasının daşa həkk olunması məqsədi güdürdü. Digər tərəfdən, II Filipp şizofreniyalı, melanxolik, həddindən artıq dindar və sağlamlıq problemləri olan biri olub və böyük bir imperiyanın idarə edilməsinin çətinliklərindən dinlənəcəyi, ətrafı ilə deyil, keşişlərlə əhatəli olacağı bir yer arayırdı.

Klassik bir İtalyan intibah nümunəsi olan El Escorialın inşasına 1563-cü ildə başlanmışdır. Layihənin baş memarı əvvəl Mikelanconun tələbəsi olan Xuan Bautista de Toledodur, lakin 1569-cu ildə Xuan de Toledonun ölümündən sonra işi Xuan də Herrera təhvil alır və 13 dekabr 1584-cü ildə bitirir.

II Filipp işə həm layihə, həm də tikinti mərhələsində sıx bir şəkildə nəzarət edirdi. Tikilinin iç bəzəkləri üçün İber Yarımadasından və digər ölkələrdən ən yaxşı materiallar gətirilirdi. İstifadə olunan mərmər Aracenadan təmin edilir, heykəltəraşlıq işləri Milanda sifariş edilir, bürünc və gümüş tikmələr isə Toledo, Zaragoza və Flandredə düzəldilirdi.

Binanın tikintisi tamamlandıqda, II Felipe İspaniyaAvropalı rəssamların ən yaxşı əsərlərini, çoxsaylı kitab və yazmalarını burada toplayır. II Filippinin ölümündən sonra varisləri El Escorialın rəsm, kitab və yazma kolleksiyalarını inkişaf etdirməyi davam etdirdilər. Günümüzdə El Escorial Tiziano Vecellio, El Greco, Fransisko de Zurbaran, Jusepe de Ribera, Tintoretto, Coello kimi rəssamların ən yaxşı əsərlərinə ev sahibliyi edir.

Bina kitabxana, Kral parkı, Bazilika və II Filippin sarayından ibarət olan ana cəbhədən şərqə doğru uzanan bir müstəvi üzərində qurulmuşdur. Bu kompleks içərisində ayrıca bir monastır, bir məktəb var. Krala aid bölüm (Kings Panteon) bazilikanın alt qatında yerləşir. Monastrın dekorasiya dövrün məşhur İtalyan rəssamına əmanət edilmişdir. Monastrın divarları, tavanları 1600 — dən rəsm və 500den çox fresk-lərlə doludur. Dindar olması ilə yanaşı həmçinin təhsilli və mədəniyyətli biri olan II Filipp bir muzey və kitabxana tikilməsinə göstəriş vermişdir. Bina içərisində yerləşən Memarlıq muzeyi monastrın zirzəmi qatında yerləşir. Memarlıq muzeyində 11 otaq var və monastrın inşası zamanı istifadə edilən texnika də görmək mümkündür. Rəsm muzeyi isə dörd otağa ayrılır və Alman, İtalyan, İspan və Venesiya məktəblərinin XV–XVII əsrə aid rəsmləri var. Müharibə qalereyası isə dövrün İtalyan rəssamlarının rəsmləri ilə bəzəklidir.

XVIII srdə III Karlosun hökmdarlığı dövründə binanın giriş hissəsi Burbon sarayına olaraq düzəldilmişdir və saray Goya tərəfindən Kral fabrikində toxunmuş divar xalçalarından ibarət olan möhtəşəm bir kolleksiyaya malikdir.

Reiga Laurentina kitabxanası isə dünyanın ən mühüm tarixi kitabxanalarından biridir. İspaniyanın ilk kütləvi kitabxanası olmaqla yanaşı, XV–XVI əsrə aid 45 minə yaxın əsər və 5 minə yaxın Ərəb, Latın və İspan əl yazması var.

Son dərəcə populyar bir turist mərkəzi olan El Escorialı hər il 500 mindən artıq turist ziyarət edir.