Ergo Proxy

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ergo Proxy
Poster. Personaj: Riel Meyer.
エルゴプラクシー
(Erugo Purakushī)
azərb. Erqo Proksi
Janr kiberpank, müəmma, fəlsəfi
Anime
RejissorŞuuko Murase
ProdüsserAkio Matsuda
Satoşi Fucii
Hiroyuki Kitaura
Takaşi Koçiyama
SsenaristDay Sato
BəstəkarYoşihiro İke
StudiyaManglobe
Digər lisenziyalar
Universal Sony Pictures Home Entertainment
Funimation
MVM Films
KanalWOWOW, AT-X
Digər kanallar
G4techTV (Anime Current)
Fuse, Funimation Channel
Buraxılış tarixi25 fevral 2006 – 12 avqust 2006
Seriyalar23 (seriya siyahısı)
Manqa
Ergo Proxy: Centzon Hitchers and Undertaker
ManqakaYumiko Harao
NəşriyyatShogakukan
JurnalMonthly Sunday Gene-X
Demoqrafiyaseynen
Nəşr tarixi18 avqust 2006 – 19 fevral 2007
Cildlər2 (cild siyahısı)
Fəsil sayı10
  Anime və manqa portalı

Ergo Proxy (エルゴプラクシー, Eruqo Purakuşi:?, azərb. Erqo Proksi‎)kiberpank, müəmma, macəra, döyüş janrında olan, Manglobe tərəfindən istehsal olunmuş, ssenarisi Day Sato tərəfindən yazılmış, rejissoru Şuuko Murase olmuş anime serialı. Anime serialı 25 fevraldan 12 avqust 2006-cı ilə qədər WOWOW peyk şəbəkəsi ilə yayımlanmışdır və 23 seriya davam etmişdir. Hadisələr gələcəkdə baş verir: insanlar və avtoreyv androidləri birlikdə sülh içərisində yaşayırlar. Ta ki avtoreyvlərə iradə vermək qabiliyyətinə malik virus peyda olana qədər. Robotlar üsyan edirlər və bir sıra cinayətlər işləyirlər. İnspektor Riel Meyer bu işi araşdırmaq üçün işə cəlb olunur. Amma Riel işi araşdırdıqca daha qarmaşıq faktlarla tanış olur: hökumətin gizli tədqiqat planına daxil olan xüsusi humanoid növü — Proksilərlə qarşılaşır.

Qnostisizmfəlsəfədən təsirlənən anime serialı 2D rəqəmsal animasiyasının, 3D kompüter modelləşdirməsinin və xüsusi rəqəmsal effektlərin kombinasiyasından istifadə edilərək çəkilmişdir. Anime serialı Yaponiyada yayımlandıqdan sonra ABŞ-da Geneon Entertainment USA tərəfindən DVD formatında yayımlanması üçün lisenziyalaşdırılmışdır. Daha sonra isə Fuse TV tərəfindən ekranlara buraxılmışdır. Şou Kanada, Britaniya, Avstraliya anime marketlərinə də paylanmışdır. Yayımlandığı gündən etibarən Ergo Proxy mövzusuna və effektlərinə görə müsbət rəylərlə qiymətləndirilmişdir.

Hadisələr vətəndaşları min illər bundan əvvəl baş vermiş ekoloji fəlakətdən qorumaq üçün tikilmiş, nəhəng qübbəli Romdo şəhərində başlayır. Bu utopik şəhər-dövlətdə insanlar və xüsusi androidlər — avtoreyvlər ("avto" və "life" sözlərinin birləşməsi) ümumi idarəçilik sistemi altında sülh içərisində yaşayırlar. Şəhərdə baş vermiş bir sıra cinayət hadisələri nəticəsində avtoreyvlər arasında Koqito virusu (avtoreyvlərə azad iradə qazandıran virus) yayılmağa başlayır və bu, şəhərin sosial nizamını təhlükə altına salır. Bu hadisələr baş verərkən, şəhər hökuməti "Proksi" adlandırılan xüsusi və müəmmalı humanoid növü üzərində təcrübələr aparır. Proksilərin (tanrı, qüdrətli, ölümsüz, hər şeyə qadir kimi təsvir olunublar) insanların sağ qalması üçün açar rolunu oynadıqlarına inanılır.

Riel Meyer (Re-L Meyer və ya REAL) avtoreyv partnyoru İqqi ilə bu cinayətləri araşdırmaqla vəzifləndirilir. O, naməlum və çox güclü iki varlıqla qarşılaşır. Riel daha sonra Proksilər haqqında eşidir. Serialın digər əsas personajı, immiqrant Vinsent Lounun hansısa yolla Proksilərlə əlaqəsi olduğu məlum olur. Hökumətin təqibinə məruz qalan Vinsent qübbəni tərk edib kiçik bir kəndə sığınır. Kəndin əhalisi Təhlükəsizlik Bürosunun baş rəisi Raul Krid tərəfindən qətliama məruz qalır, Vinsent Proksilərlə hansı əlaqəsinin olduğunu öyrənmək və keçmiş xatirələrini yenidən qazanmaq üçün doğulduğu Mosk şəhərinə getməyə qərar verir. Riel də ona qoşularaq qübbə və Proksi müəmmasının arxasında nələrin olduğunu öyrənməyə çalışır. Uşaq avtoreyv Pino da onları müşayiət edir. Bu zaman aşkar olur ki, Romdo da daxil olmaqla bütün şəhərlər Proksilər tərəfindən yaradılmışdır və insanlar xüsusi inkubatorlarda yaradılır.

Romdo arkologiyasında hökumət bir neçə varlıqlar arasında bölünüb: İntellekt Bürosu, Sağlamlıq və Firavanlıq Bürosu və Təhlükəsizlik Bürosu. Bütün hökumət "Padşah" adlandırılan Rielin babası tərəfindən idarə olunur.

Əsas avtoreyv növləri "kompanyon" avtoreyvlərdir. Həmçinin asudə vaxtları birlikdə keçirmək və döyüş üçün avtoreyvlər hazırlanır.

Şəhərdəki insanlar süni uşaqlıqlarda böyüyürlər, amma hələ də əcdadları ilə bioloji baxımdan əlaqələnirlər. Anime serialının bir çox epizodundan dəfələrlə insanların təbii yolla uşaq dünyaya gətirə bilmədiklə bildirilir.

Personajların çoxunun adı həm tarixdən, həm də mifologiyadan götürülmüşdür. Adlar fəlsəfi xarakter daşıyır. Proksilər seriyada vacib rol oynayırlar. Animedə təxminən 300 Proksinin olduğu göstərilsə də, sadəcə bir neçəsi adlandırılmışdır: Monad, Seneks, Kazkis, Erqo, eləcə də, Proksi Bir, MCQ və Uill B. Qud. Rielin İqqi ilə birlikdə Romdoya göndərdiyi Proksi heç vaxt adlandırılmamışdır.

  • Riel Meyer (リル·メイヤー, Riru Meyya?)
Səsləndirən: Rie Sayto (yapon), Meqan Hollinqshid (ingilis)
Mülki İntellekt Bürosunun (市民情報局, Şimin Cohokyoku?) inpektoru. Hekayəyə Koqito virusuna yoluxmuş avtoreyvləri tədqiq edən inspektor kimi daxil olmuşdur. O, həmçinin Romdonun lideri olan Donov Meyerin nəvəsidir. Ona verilmiş imtiyazlı statusa görə digər insanlardan ancaq hörmət gözləyir, Vinsentə "o-mae" ilə xitab edir. Riel Proksilər haqqında daha çox məlumat almaq məqsədilə Vinsentin səyahətinə qoşulur.
  • Vinsent Lou (ビンセント・ロウ, Binsento Ro?)
Səsləndirən: Koci Yusa (yapon), Liam O'Brin (ingilis)
Mosk şəhərindən gəlmiş immiqrant. Müvəqqəti İmmiqrant Sektoru FG-in (暫定移民区域FG?) tərkib hissəsi Avtoreyv Nəzarət Diviziyasında (オートレイブ処理課?) işləyir, infeksiya qapmış avtoreyvləri ovlayır və işlərini həll edir. Vinsent Romdonun nümunəvi vətəndaşı olmağa çalışır, amma keçmişinə və Proksilərlə əlaqəsinə görə Romdodan qaçmalı olur və xəyalları puç olur. Keçmişini öyrənmək üçün doğulduğu Mosk şəhərinə yollanır.
  • Pino (ピノ?)
Səsləndirən: Akiko Yacima (yapon), Reyçel Hirşfild (ingilis)
Virusa yoluxmuş kamponyon tipi balaca qız görünüşlü avtoreyvdir. Pino Raul Krid və Samanta Ross ailəsi üçün xidmət verirdi. Raul Krid nəhayət hökumət tərəfindən uşaq sahibi olmaq hüququna yiyələnsə də, uşağı Proksi tərəfindən öldürülür və təkbaşına qalmış Pino Vinsentə qoşulur.
Hadisələr gələcəkdə baş verir. Robotlar Kociro [sic] adlı virusa yoluxurlar və öz varlıqlarının fərqinə varırlar. İnsanların alətləri olan bu robotlar macəraya atılmaq qərarına gəlirlər. Onlar qərara gəlməlidirlər ki, şəxsiyyətlərini virus formalaşdırıb yoxsa səyahətləri zamanı şəxsiyyətlərini əldə ediblər. Bu sual bizim debatımızı ifadə edir: bizi biz edən təbiətimizdir, yoxsa bizə xas olan şeylərdir. Robotlar filosofların şərəfinə adlandırılmışdır: Derrida, LakanHusserl.

Day Sato[1]

"Ergo Proxy" anime serialının rejissoru Şuko Murase, ssenaristi Day Sato, personaj dizayneri Naoyuki Onda olmuşdur.[2] Anime serialının 23 seriya şəklində yayımlanacağı Fransada MIP TV Ticarət Şousunda anons edilmişdir.[3] Manglobe ilk əvvəl Şuko Murase ilə 1-3-cü seriyaların ssenarisi, başlıq və Romdonun konsepti üçün görüşmüşdür. Manglobe Şuko Muraseyə ssenarini ekzistensialist yanaşmayla hazırlamaq ideyası ilə inkişaf etdirməyə icazə verdilər.[4]

Ondan "Ergo Proxy" adını necə fikirləşib soruşduqda isə cavabı sadə olub: "Bu sadəcə əla səslənir".[5] Murase başa salır ki, o istəyirdi ki, bir şəxs iki şəxsiyyətə malik olsun. Murase animenin adını fikirləşərkən Rene Dekartın "cogito, ergo sum" ("Düşünürəm, deməli mövcudam") aforizmdən ilhamlanmışdır. Sato qeyd edir ki, onlar əslində animedə qnostisizm elementlərinə yer vermək istəmirdilər. Amma, onlar fikirlərinin və ideyalarının qnostisizm ilə üst-üstə düşdüyünün fərqinə varanda, onlardan istifadə etməyə qərar verdilər.[6]

İlk öncə istehsalçılar Vinsent Lounu əsas, Riel Meyeri yan personaj kimi təqdim etməyə hazırlaşırdılar. Amma Rielin şəxsiyyəti üzərində işləməyə başladıqdan sonra güclü şəxsiyyətə malik olmuş və Vinsent Loudan əsas rolu "oğurlamağa" başlamışdır. Buna görə də istehsalçılar hekayədə bir baş personajın olması əvəzinə hekayəyi iki personaj arasında bölməyə qərar vermişdilər.[4]

Yaponiyada "Ergo Proxy" anime serialı ödənişli peyk televiziyası olan WOWOW vasitəsilə 25 fevral 2006-cı ildən 12 avqust 2006-cı ilə qədər yayımlanmışdır.[7] Daha sonra animenin seriyaları Geneon Entertainment tərəfindən 25 may 2006-cı ildən 25 yanvar 2007-ci ilə qədər 9 DVD cildində satışa buraxılmışdır.[8][9] Serial Geneon Entertainment USA tərəfindən Region 1-də yayımlanması üçün lisenziyalaşdırılmışdır (21 noyabr 2006-cı ildə). 9 iyun 2007-ci ildə anime serialının ingiliscə dublajının ilk seriyası Fuse TV-də yayımlanmışdır və daha sonra dublaj edilmiş seriyalar 2008-ci ilin dekabrında DVD formatında yayımlanmışdır.[10]

3 iyul 2008-ci ildə Geneon Entertainment və Funimation Entertainment serialın Şimali Amerikada yayımlanması haqqında razılığa gəldiklərini açıqlamışdır. Geneon Entertainmentın hələ də yayımlama lisenziyasına sahib olduğu halda, Funimation Entertainment yayım, paylanma, satış, istehsal hüquqlarına yiyələnmişdir.[11] 29 mart 2012-ci ildə bütün seriyalar Funimation tərəfindən lisenziyalaşdırılmışdır və 3 iyul 2012-ci ildə seriyalar "Anime Classics" etiketi ilə yenidən yayımlanmışdır.[12] Geneon həmçinin 25 sentyabr 2012-ci ildə Blu-ray boks-setini[13] və iki DVD boks-setini (uyğun olaraq 25 sentyabr 201222 avqust 2012) satışa buraxmışdır.[14][15]

AvstraliyaYeni Zelandiyada "Ergo Proxy" DVD-ləri Madman Entertainment tərəfindən yayımlanmışdır. İlk cild 2007-ci ilin martında nəşr olunmuşdur. "Ergo Proxy"-nin ilk cildi Böyük Britaniyada 6 avqust 2007-ci ildə MVM Films tərəfindən yayımlanmışdır. Serialın ingiliscə dublajı ABC2-də (milli, ictimai, rəqəmsal televiziya kanalı) 3 iyul 2007-ci ildən 4 dekabr 2007-ci ilə qədər göstərilmişdir.[16] Kanadada ingiliscə dublaj Anime Current blokunun bir hissəsi kimi rəqəmsal və ödənişli televiziya kanalı G4 Canada vasitəsilə 26 iyul 2007-ci ildən 27 dekabr 2007-ci ilə kimi yayımlanmışdır.[17]

Ergo Proxy OST opus01 və opus02
Yoşihiro İke, Monoral, Radiohead tərəfindən ifa olunmuş Saundtrek
Növü Saundtrek
Yayımlanma tarixi 25 may 2006 (opus01)
25 avqust 2006 (opus02)
Janr anime saundtreki
Müddət 57:00 (opus01)
53:46 (opus02)

Anime serialı əsasında "Centzon Hitchers and Undertaker" (センツォン・ヒッチャーズ&アンダーテイカー, Sentson Hitçazu & Andateyka?) adlı manqa hazırlanmışdır. Manqa Manglobe tərəfindən yazılmış və Yumiko Harao tərəfindən dizayn olunmuşdur. Manqa seriyası Shogakukan nəşriyyatının "Monthly Sunday Gene-X" jurnalında 2006-cı ilin martından dekabrına qədər nəşr olunmuşdur.[18] Manqa iki tankobon formatında yayımlanmışdır: birincisi 18 avqust 2006-cı ildə,[19] ikincisi 19 fevral 2007-ci ildə.[20]

Anime serialı üçün Geneon Entertainment tərəfindən Ergo Proxy OST opus01Ergo Proxy OST opus02 adlı iki saundtrek hazırlanmışdır və uyğun olaraq 25 may 2006-cı ildə və 25 avqust 2006-cı ildə yayımlanmışdır.[21][22] Hər iki saundtrek Yoşihiro İkenin bəstəkarlığı ilə hazırlanmışdır. Birinci saundtrekə açılış və bağlanış mahnıları ("Kiri" (Monoral) və "Paranoid Android" (Radiohead)) daxil olmaqla, bir neçə trek daxildir. İkinci saundtrek isə ilk əvvəl birinci Region 1 DVD-sinin xüsusi nəşri ilə birlikdə yayımlanmışdır.[23]

Ergo Proxy OST opus01
BaşlıqMüddət
1."Awakening"1:46
2."Kiri"1:46
3."New pulse"3:14
4."No. 0724FGARK"3:15
5."Prayer"2:53
6."Raging pulse"3:26
7."Autoreiv contagion"2:33
8."Romdo overshadows"2:26
9."RE-L124c41+"2:55
10."Deal in blood"3:13
11."Wasteland nostalgia"4:02
12."Vital signs"3:11
13."Written on clouds"3:22
14."WombSys"3:22
15."Last exit to paradise"3:38
16."He the empty"2:56
17."Centzontotochtin"2:59
18."Fellow Citizens"2:46
19."Paranoid Android"6:23
Ergo Proxy OST opus02
BaşlıqMüddət
1."Futu-risk"2:45
2."Mazecity"3:02
3."Bilbul"3:20
4."Confession"1:55
5."Wrong way home"2:49
6."Busy doing nothing"3:22
7."Cytotropism"3:13
8."Angel's share"3:15
9."Hideout"3:01
10."Ophelia"1:53
11."Domecoming"3:33
12."Terra incognita"3:22
13."Deus ex machina"3:30
14."Eternal smile"1:57
15."Life after god"3:14
16."Goodbye Vincent"2:49
17."Shampoo planet"2:28
18."kiri"4:18
  1. "US-Japan Innovator's Project" (PDF). Japansociety.org. November 29, 2005. February 26, 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  2. "Ergo Proxy". Anime News Network. November 10, 2005. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  3. "Ergo Proxy". Anime News Network. April 19, 2005. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  4. 1 2 Wong, Amos. "Profile: Shukou Murase". Newtype USA. December 2006. 50–53.
  5. Virginia Heffernan. "Ergo Proxy: The Official Language of the Internet". New York Times. March 7, 2008. August 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  6. Scally, Deborah; Drummond-Mathews, Angela; Hairston, Marc. Interview with Murase Shūkō and Satō Dai // Mechademia 4: War/Time. University of Minnesota Press. September 3, 2007. 330–333. doi:10.1353/mec.0.0064. ISBN 978-0-8166-6749-9. (#accessdate_missing_url)
  7. "Ergo Proxy Season 1 Episode Guide". TV.com. 2010-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  8. "Ergo Proxy I〈初回限定版〉" (Japanese). NBCUniversal Entertainment Japan. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  9. "Ergo Proxy IX〈初回限定版〉" (Japanese). NBCUniversal Entertainment Japan. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  10. Hanson, Brian. "The Click: June 9–15". Anime News Network. June 9, 2007. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  11. "FUNimation Entertainment and Geneon Entertainment Sign Exclusive Distribution Agreement for North America" (Press-reliz). Anime News Network. 2008-07-03. 2008-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  12. "Ergo Proxy: Box Set - Classic". Youtube.com. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  13. "Ergo Proxy Blu-ray BOX [初回限定版]" (Japanese). NBCUniversal Entertainment Japan. 2015-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  14. "Ergo proxy SET1 <期間限定生産>" (Japanese). NBCUniversal Entertainment Japan. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  15. "Ergo Proxy SET2 <期間限定生産>" (Japanese). NBCUniversal Entertainment Japan. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  16. "Ergo Proxy - Awakening". Australian Broadcasting Corporation. 3 July 2007. 5 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  17. "G4 Canada continues exclusive anime programming with six new concurrent series". G4 Canada. 25 June 2007. 11 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2016.
  18. "manglobe+原尾有美子" (Japanese). Monthly Sunday Gene-X official website. January 2, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016. (#apostrophe_markup)
  19. "Centzon Hitchers and Undertaker" (Japanese). Ergo Proxy ófficial website. 2012-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016. (#apostrophe_markup)
  20. "Centzon Hitchers and Undertaker II" (Japanese). Ergo Proxy ófficial website. 2012-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016. (#apostrophe_markup)
  21. "Ergo Proxy OST opus01" (Japanese). NBCUniversal Entertainment Japan. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  22. "Ergo Proxy OST opus02" (Japanese). NBCUniversal Entertainment Japan. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  23. "Best Buy Ergo Proxy Exclusive Eligible for Signed Sketch". Anime News Network. November 14, 2006. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]