40°26′54″ şm. e. 80°00′08″ q. u.HGYO

Endi Vorhol muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Endi Uorhol muzeyi
The Andy Warhol Museum
Xəritə
Əsası qoyulub 13 may 1994
Açılış tarixi 13 may 1994
Mövzu Muasir incəsənət muzeyi
Ölkə
Yerləşir Pittsburq, ABŞ
Ziyarətçi sayı 106,396 (2010)
Direktor Eric Shiner
Telefon +1 (412) 237-8300[1]
40°26′54″ şm. e. 80°00′08″ q. u.HGYO
www.warhol.org/museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Endi Uorhol muzeyi (ingilis dilində:he Andy Warhol Museum) — ABŞ-nin Pittsburq şəhərində Endi Uorholun həyat və yaradıcılığına həsr olunmuş pop-art-muzeyi. ABŞ-də bir incəsənət xadiminə həsr olunmuş ən iri muzey.

İlk dəfə bu muzeyin yaradılması haqqında plan 1989-cu ilin oktyabrında, Endi Uorholun ölümündən iki il sonra səslənmişdir [2],. 1993-cü ildə Tomas Armstronq gələcək muzeyin ilk direktoru təyin edilmişdir. Tomas Armstronq 1974-1990-cı illərdə Amerikada Vitni incəsənət muzeyinin direktoru vəzifəsində çalışmışdır [3]. Muzey binası kimi 1913-cü ildə Sendaski-Strit, 117 ünvanında yerləşən sənaye emalatxanasından [2] istifadə etmişlər, binanın əsaslı təmirinə və yenidən qurulmasına 12 milyon ABŞ dolları sərf edilmişdir[3].

Muzey 13 may 1994-cü ildə açılmış, elə birinci il onun ziyarətçilərinin sayı 25 minə yaxın olmuşdur. 1 mart 1995-ci ildə Tomas Armstronq muzeyin direktoru vəzifəsindən kənarlaşdırılmışdır [4].

"Sənin üçün çox dözülməzdir" filmində ən həlledici səhnələrin Endi Uorhol muzeyində baş verməsi təsvir olunmuşdur.

Endi Uorhol muzeyinin sahəsi 8200 m²-dir, 17 qalereyanı əhatə edən 7 mərtəbədən ibarətdir. Tamaşaçılara Endi Uorholun 900-yaxın şəkli, 77 heykəli, 400 foto isi, şəxsi əlyazmaları, 4350 video və kino kadrları, 30-dan çox pariki və başqa şəxsi əşyaları nümayiş etdirilir [5].Muzey tərəfindən 1996-cı ildən dünyanın müxtəlif ölkələrinin 153 şəhərində təşkil olunan 56 səyyar sərgisində 8 900 000 nəfər iştirak etmişdir [6]. Muzeydə ştat üzrə 73 nəfər işçi çalışır [7].

  1. https://www.warhol.org/contact/.
  2. 1 2 To Get His Museum, Opening in '92 Arxivləşdirilib 2022-01-04 at the Wayback Machine на сайте nytimes.com, 3 октября 1989
  3. 1 2 Director Of Warhol Museum Is Chosen Arxivləşdirilib 2022-01-04 at the Wayback Machine на сайте nytimes.com, 6 января 1993
  4. Warhol Museum Head Announces Resignation Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine на сайте nytimes.com, 7 февраля 1995
  5. "Первые Леди посетили музей Энди Уорхола". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  6. http://www.pittsburghlive.com/x/pittsburghtrib/ae/museums/s_712298.html[ölü keçid]
  7. Andy Warhol Museum looks to next chapter Arxivləşdirilib 2015-04-13 at the Wayback Machine на сайте triblive.com, 5 декабря 2010

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]