Emboabas müharibəsi
Emboabas müharibəsi — 1708-ci ildə Şərqi Braziliyada iqtisadi səbəbdən baş vermiş vətəndaş müharibəsi.
Səbəbi
[redaktə | mənbəni redaktə et]XVII əsrdə Şərqi Braziliyanın Minas Gerais əyalətində qızılın tapılması San-Pauludan gələn və oradakı mədənlərin özlərinə aid olduqlarını iddia edənlər və çoxu avropalı immiqrantlar olan Emboabas adlı yeni məskunlaşanlar arasında gərginliyin yaranmasına səbəb oldu. Gərginlik 10 il davam etdi.
Müharibənin alovlanması
[redaktə | mənbəni redaktə et]Avropalılar rəqiblərinə nisbətən daha da artdılar və 1708-ci ildə qızıl mədənlərini ələ keçirmək üçün müharibəyə başladılar. Müstəmləkə hökuməti tərəfindən də dəstəklənən emboabaslar rəqiblərini həmin əraziləri tərk etməyə məcbur etdilər. San-Pauludan gələnlər qərbdəki Mato Qrossoya doğru geri çəkildilər və xoşbəxtlikdən 1718-ci ildə geri çəkildikləri ərazidə yeni qızıl mədənləri tapdılar.