Edvard Karr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Edvard Karr
Edvard Holit Karr
Doğum tarixi
Doğum yeri London
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Kembric
Uşağı 1
Təhsili
Fəaliyyəti tarixçi, jurnalist, diplomat, yazıçı, politoloq, professor, siyasətçi
Üzvlüyü

Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti

Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır.

1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir.

Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər

Başlıca əsərləri

  • Dostoyevski: yeni bioqrafiya (1931)
  • Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933)
  • Karl Marks: fanatizmin tədqiqi (1934)
  • Mixail Bakunin (1937)
  • İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939)
  • Sülhün şərtləri (1942)
  • Millətçilik və sonrası (1945)
  • Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978)
  • Yeni cəmiyyət (1951)
  • Tarix nədir? (1961)
  • 1917: əvvəl və sonra (1968)
  • Rus inqilabı: Lenindən Stalinə (1979)
  • Napoleondan Stalinə (esselər, 1980)
  • Kominternin alatoranı: 1930-1935 (1982)

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]

Britannikada Edvard Karr haqda məqalə