40°10′41″ şm. e. 44°30′15″ ş. u.HGYO

Div Sultan məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Div Sultan məscidi
Xəritə
40°10′41″ şm. e. 44°30′15″ ş. u.HGYO
Ölkə  Ermənistan
Yerləşir İrəvan
Tikilmə tarixi 1555
Kəşf tarixi Jan Batist Simeon Şarden tərəfindən ilk dəfə xatırlanıb
Üslubu Azərbaycan memarlığı
Minarələri 1
Günbəzləri 1
Vəziyyəti dağıdılmış

Div Sultan məscidiİrəvanda azərbaycanlılara məxsus dağıdılmış islam dini məbədi.

Məscid 1515-ci ildən sonra tikilmişdir. Məscid XVII əsr fransız səyyahı Jan Batist Simeon Şardenin gündəlik qeydlərində Müqəddəs Sargis Kilsəsinin və böyük bazarın yanında, dağılmış bir məscid kimi qeyd olunur. 1673-cü ildə İrəvan şəhərində olmuş səyyah şəhər bazarı ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid barədə danışır. Qeyd edək ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir. 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlarını inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi. Simeon Şarden bu məscidin onun əsasını qoyan şəxsin şərəfinə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandırıldığını yazır. Simeon Şardeni İrəvan səfərində müşayiət edən rəssam Qrelonun çəkdiyi qədim qüllənin (türbənin) şəklində arxa planda daha iki möhtəşəm məscidin minarələri təsvir edilmişdir, hansı ki, indi onların heç birindən əsər-əlamət qalmayıb.[1]

Ehtimal olunur ki, məscid 1679-cu il İrəvan zəlzələsi nəticəsində dağılıb.[2] Tarixçi və kartoqrafların fikrincə, Hüseynəli xan Ziyadoğlu-Qacar xanın inşa etdirdiyi Göy məscidi 1766-cı ildə onun yerində tikilmişdir.[3] Erməni tarixçisi Tatevos Hakopyan 1971-ci ildə İrəvanda erməni dilində çap olunan “İrəvanın tarixi (1500-1800)” monoqrafiyasında qeyd edir ki, çox güman ki, Div Sultan məscidi günümüzədək gəlib çatan Göy məscidin yerində olmuşdur və 1679-cu il zəlzələsi zamanı dağılmışdır.[4]

  1. "XIX - XX ƏSRIN ƏVVƏLLƏRINDƏ AZƏRBAYCANINİRƏVAN ŞƏHƏRIN XARICI GÖRÜNÜŞÜ VƏƏ RAZISI HAQQINDA, 7-Ci beynəlxalq Nyu York kongresi Haci Hasanov". 2024-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
  2. "Голубая мечеть". ImYerevan.com (rus). 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
  3. "Голубая мечеть. В центре Еревана есть уголок исламского мира". ИА REGNUM (rus). 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
  4. "İrəvan şəhəri məscidləri". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.