Dimorfoteka
Dimorfoteka | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Dimorfoteka |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Dimorfoteka (lat. Dimorphotheca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Dimorfoteka yunan sözü olub, "iki formalı tütün" adlanır. Bitkiyə dimorfoteka adının verilməsinə səbəb bu bitkilərdə iki müxtəlif tipli meyvələrin olmasıdır. Dimorfotekalar Cənubi Afrika mənşəlidirlər. Gülçülükdə əsasən Dimorfotekanın-2 növündən və onlar əsasında alınmış çoxsaylı hibridlərindən istifadə olunur. Çıxıntılı dimorfoteka (D.sinuata)-1798-ci ildən gülçülükdə istifadə olunur. Bu, hündürlüyü 50 sm, xırda yarpaqlı və narıncı rəngdə səbət hamaşçiçəyi olan bitkidir. Hər gülün oturacağında bənövşəyi rəngdə ləkə vardır. Yağış dimorfotekası — sarı, qəhvəyi və narıncı rənglərdə iri hamaşçiçəkləri olan növlərinə də rast gəlmək olar. Dimorfotekanın toxumla çoxaldılması ondan yüksək məhsul əldə etməyə imkan verir. Toxumdan çıxan bitkiləri seyrəkləşdirib, 10-15 sm aralı əkirlər. Dimorfotekadan çəpərlərin salınmasında geniş istifadə olunur. Bitkinin uzun müddət çiçəkləməsi üçün solmuş hamaşçiçəkləri vaxtaşırı kəsmək lazımdır.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Meteorina Cass.
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Acanthotheca DC.
- Arnoldia Cass.
- Blaxium Cass.
- Castalis Cass.
- Gattenhoffia Neck.
Növləri
[redaktə | vikimətni redaktə et]- Dimorphotheca acutifolia Hutch.
- Dimorphotheca barberae Harv.
- Dimorphotheca caulescens Harv.
- Dimorphotheca chrysanthemifolia (Vent.) DC.
- Dimorphotheca cuneata (Thunb.) DC.
- Dimorphotheca dregei DC.
- Dimorphotheca ecklonis DC.
- Dimorphotheca fruticosa (L.) DC.
- Dimorphotheca jucunda E.Phillips
- Dimorphotheca montana Norl.
- Dimorphotheca nudicaulis (L.) DC.
- Dimorphotheca pluvialis (L.) Moench
- Dimorphotheca sinuata DC.
- Dimorphotheca spectabilis Schltr.
- Dimorphotheca tragus (Aiton) DC.
- Dimorphotheca venusta (Norl.) Norl.
- Dimorphotheca walliana (Norl.) B.Nord.
- Dimorphotheca zeyheri Sond.