Devalvasiya
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir.[1]
Revalvasiyaya əks olaraq, devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır.
Devalvasiya və inflyasiya
[redaktə | mənbəni redaktə et]İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə. Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.
Növləri
[redaktə | mənbəni redaktə et]Devalvasiyanı 2 yerə ayırırlar: rəsmi(açıq) və gizli devalvasiya.
Rəsmi devalvasiya
[redaktə | mənbəni redaktə et]Rəsmi devalvasiyada Mərkəzi Bank milli valyutanın devalvasiyanı rəsmən təsdiq edir.
Gizli devalvasiya
[redaktə | mənbəni redaktə et]Gizli devalvasiyada dövlət pulun əsl qiymətini xarici valyutaya görə dövrdən çıxarmayaraq aşağı salmağa başlayır.
Fərqləri
[redaktə | mənbəni redaktə et]Rəsmi devalvasiyada əmtəə qiymətlərini aşağı qiymətə düşməyə doğurur, amma gizli devalvasiyada bu öz özünə olmur.
Devalvasiya nümunələri
[redaktə | mənbəni redaktə et]1992-ci ildə funtun enməsini misal göstərmək olar, Corc Soros bundan böyük gəlir əldə edə bilmişdi. Spekulyantların təzyiqi altında dövlət qərara aldı ki, valyutanı saxlamağa lüzum yoxdur. Funtun alman markasına qarşı enişi o vaxt 12% təşkil edirdi.
Azərbaycanda devalvasiya
[redaktə | mənbəni redaktə et]Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş verdi.[2] Milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi.[3][4] Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı [5]
Müsbət tərəfləri
[redaktə | mənbəni redaktə et]- Ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaranır. Məsələn, əgər əvvəllər kənd təsərrüfatı mallarını xaricdən gətirib satmaq daha sərfəli idisə, milli valyutanın xarici valyutalara görə devalvasiyası nəticəsində kənd təsərrüfatı inkişaf edə bilər.[6]
- Ölkədən eksport daha qazanclı olur.[6]
- Devalvasiya həmçinin ölkənin makro-iqtisadi göstəricilərinədə müsbət təsir edə bilər. Məsələn, ölkənin qızıl ehtiyatı artır və s.[6]
Mənfi tərəfləri
[redaktə | mənbəni redaktə et]- Devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salır. Əslində sırf məsələyə makro-iqtisadi cəhətdən yanaşsaq devalvasiya əhalinin ödənişi qabiliyyətinə təsir etməli deyil… AMMA nəzərə alsaq ki, söhbət insandan gedir, məsələ dəyişir. Xaricdən gələn malların qiyməti qalxır, insanların aldıqları məvaciblər statik qalır və nəticədə eyni pula daha az fayda əldə etmək olur.[6]
- Banklarda milli valyuta hesablarından panikalaşdırılmış formada pulların çəkilməsi başlayır… bu əslində milli valyutanın dəyərini dahada azaldır və devalvasiya daha da dərinləşir.[6]
- Devalvasiya yerli məhsullarda da qiymətlərin qalxmasına stimul yaradır. Nəticədə ölkədə inflayasiya faizi daha yuxarı qalxır. Gündən-günə pul “ölür”. İnsanlar, müştəri qismində xaotik hərəkətlər edirlər.[6]
- Kiçik və orta biznesin çətinləşməsi. Əhalidə olan ödəniş problemləri bazarın daralmasına və nəticədə daha az məhsul istehlakını gətirib çıxarır. Xırda və orta biznes bu xərclərə dözə bilmir.[6]
- Xarici valyuta ilə olan kreditlərin problemli vəziyyətə düşməsi. Təbii ki, alınan kreditlər xarici valyuta ilə olduğundan ödəyicilər üçün vəziyyət heçdə xoşa gələn olmur.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Киреев А. П. Изменение стоимости иностранной валюты // Международная экономика. — М., 2001. — Т. 2". 2017-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
- ↑ "Vüqar Bayramov: "Ölkədə kəskin devalvasiya getdi"". 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
- ↑ "Azərbaycan Respublikası Mərkəzi Bankının bəyanatı". 2015-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
- ↑ "Azərbaycan Mərkəzi Bankı bu gündən 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,05 manat səviyyəsində müəyyən edib". 2015-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
- ↑ "Dollar bahalaşdı - 1,55 manat oldu". 2015-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-23.
- ↑ 1 2 3 4 5 6 7 8 "Manatın devalvasiyası: müsbət və mənfi tərəflər". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.