Deftones

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Deftones
Loqonun şəkli
Əsas məlumatlar
Üslub alternativ metal, nyu-metal[1]
Fəaliyyət illəri 1988–
Ölkə Sakramento, ABŞ
Dil ingilis dili
Leybl Warner Music Group[d]
Heyət Stefen Karpenter
Eyb Kanninqem
Çino Moreno
Frenk Delqado
Keçmiş üzvlər Dominik Qarsia
Çi Çenq
Con Teylor
Serxio Veqa
Digər layihələr
  • Team Sleep
  • Crosses
  • Palms
  • Phallucy
  • Sol Invicto
  • Kush
  • Saudade
  • Decibel Devils
deftones.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deftones — 1988-ci ildə Kaliforniyanın Sakramento şəhərində qurulmuş amerikan alternativ metal qrupu.

Deftones yaranmas��ndan bu günə kimi doqquz albom buraxmışdır. Qrup ilk albomu "Adrenaline"ni Maverick Records ilə müqavilə bağladıqdan bir müddət sonra 1995-ci ildə yayımlamışdır. Onlar albomu tanıtmaq məqsədilə konsert səfərlərinə çıxmış və bu sayədə çox sayda pərəstişkar kütləsi yığmağı bacarmışdılar. Onların 1997-ci ildə buraxdığı ikinci albomu "Around the Fur" hit olduqdan sonra RIAA tərəfindən sertifikata layiq görülmüşdür. Qrup 2000-ci ildə yayımladığı üçüncü albomu "White Pony" ilə uğurunu daha da artırmışdır, albomun sinqlı "Change (In the House of Flies)" hit-paradlarda zirvəyə çıxmış, "Elite" treki isə "Ən yaxşı metal performansı" nominasiyasında "Qremmi" mükafatı qalibi olmuşdur. Deftones 2003-cü ildə öz adını daşıyan dördüncü albomunu buraxaraq əvvəlki uğurlarına davam etmişdir.

İlk İllər (1988–1993)

[redaktə | mənbəni redaktə et]

Stefen Karpenter 15 yaşında skeytbord sürərkən onu avtomobil vurmuşdu. O, bu hadisə nəticəsində aylarca əlil arabasında qalmalı oldu, bu müddət ərzində o, Anthrax, Stormtroopers of Death və Metallica kimi treş metal qruplarını dinləyərək öz-özünə gitara çalmağı öyrənmişdi.[2] Şəhərdə qəzanı törədən sürücünün Stefenə pul ödədiyi və bu sayədə qrup üzvlərinin sonralar musiqi avadanlıqları aldığı ilə bağlı şaiyələr yayılmışdı, lakin qrupun üzvü Eyb Kanninqem 2007-ci ildə verdiyi müsahibədə bu xəbəri təkzib etdi.[2][3][4]

Karpenter, Moreno və Kanninqem Sakramento şəhərindəki C. K. McClatchy High School məktəbində təhsil alırdılar

Karpenter Kanninqem və Moreno yaxın dost idilər və eyni məktəbdə oxuyurdular. Üçlük vaxtını Sakramentoda skeytbord sürərək keçirirdi. Karpenter metal pərəstişkarı idi, dostu Moreno isə Depeche Mode və The Cure kimi musiqi qruplarını dinləməkdən zövq alırdı.[5] Moreno Karpenterin gitara çala bildiyini öyrənəndə, təbil çalmağı bacaran Kanninqemi bir araya gətirərək 1988-ci ildə qarajda məşq etməyə başladılar. Onlar bu əsnada bas çala bilən Dominik Qarsiyanı qrupa dəvət edərək dörd nəfərdən ibarət oldular.

  • Adrenaline (1995)
  • Around the Fur (1997)
  • White Pony (2000)
  • Deftones (2003)
  • Saturday Night Wrist (2006)
  • Diamond Eyes (2010)
  • Koi No Yokan (2012)
  • Gore (2016)
  • Ohms (2020)
  1. Metal Evolution (ing.). 2011.
  2. 1 2 Wiederhorn, Jen. "Interview with Stephen Carpenter". Guitar World. oktyabr 1997. dekabr 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 8, 2016.
  3. "Hotstar – Deftones". Pollstar. December 22, 1997. June 12, 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 16, 2007.
  4. Interview with Abe Cunningham, Metal Edge Arxiv surəti 4 iyun 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib yanvar 11, 2008, at the Wayback Machine, January 2007.
  5. Frere-Jones, Sasha. "Heavy Wather". The New Yorker. noyabr 13, 2006. oktyabr 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 9, 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]