Daxma
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalə yaşayış yeri haqqındadır. Tibbi vəziyyət üçün baxın: Koma.
Daxma və ya koma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir.
Tərtibatı
[redaktə | mənbəni redaktə et]Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu.
Yaşayış
[redaktə | mənbəni redaktə et]Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh. 344