Daryurd
Daryurd | |
---|---|
40°32′ şm. e. 45°40′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.491 m |
Saat qurşağı | |
Daryurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Daryurd kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daryurd kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd əvvəllər Salahlı adı ilə Novosaratovka kəndinin yaxınlığında olmuşdur. XIX əsrin ortalarında Novosaratovka kəndi salındıqdan sonra əhali həmin yerdən köçərək buradakı yurd yerlərində məskunlaşmışdır. Tədqiqatçılar oykonimi "darısqal, dar yurd" kimi izah edirlər. Yerli əhalinin məlumatına görə, kəndin əsl adı Töryurddur. Tör qədim türk dillərində "yüksək dağlıq ərazidə yerləşən otlaq" mənasındadır. Bu söz Azərbaycan dilinin qərb dialektində "yuxarı, baş" mənasında saxlanılmaqdadır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Şahdağ silsiləsinin dağ tirələrindən birinin üstündə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ Daryurd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |