DJ Fateh
DJ Fateh | |
---|---|
Doğum adı | Məmmədov Məmmədəli Nazim oğlu |
Doğum tarixi | 1 fevral 1983 (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist |
Fəaliyyət illəri | 1999–h.h. |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mükafatları |
![]() |
IMDb | ID8431232 |
manpasi.az |
Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh[1]; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq"[2] və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, Oğlan evi[3] və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi.[4] 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır.[5] Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür.[6]
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb.
Yaradıcılığı və iş fəaliyyəti
[redaktə | vikimətni redaktə et]- 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb. 2005-ci ilədək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb – aparıcı, baş aparıcı, eyni zamanda, "Elman" jurnalının redaktoru və baş redaktoru vəzifələrini tutub.
- 2006–2008-ci illərdə AB Standard Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə meneceri, 2008–2010-cu illərdə "Promo-Vision" PR agentliyinin baş direktoru vəzifəsində çalışıb.
- 2010-cu ildə Media FM radiostansiyasında işləməyə başlayıb. 2017-ci ildən fərdi sahibkar qismində fəaliyyətə başlayıb.
- 2015 və 2016-cı illərdə "Kintamani film" tərəfindən istehsal edilmiş İlham Qasımovun "Oğlan evi" və Oğlan evi 2" filmlərinin ssenari həmmüəllifi olub.
- 2017-ci ildə keçirilən ilk BOMBA sosial media mükafatının təqdimat mərasiminin aparıcılarından və ssenari müəlliflərindən biri olub.
- 2018-ci ilin avqustundan İctimai Radionun proqram direktorluğu departamentinin direktorudur.
MANPASI
[redaktə | vikimətni redaktə et]2011-ci ildə Rəvan Bağırovla birgə yaratdıqları MANPASI "Youtube" layihəsi Azərbaycanın həmin dövrdə ən çox izlənilən internet verilişinə çevrilmişdir. İnternet sərhədlərini aşaraq, Media FM radiostansiyasında səhər şousuna çevrilən layihə Azərbaycanda bütün zamanların ən dinlənilən səhər şousuna çevrilmişdir.
TV fəaliyyəti
[redaktə | vikimətni redaktə et]- 2013-cü ildən "Breyn Rinq" telelahiyəsinin aparıcısıdır. Veriliş "Oyun TV"(Game TV) -nin lisenziyası əsasında AzTV-də yayımlanır.
- 2015-ci ildən "61!" verilişinin redaktoru, 2017-ci ildən — 2021 sentyabrına qədər isə aparıcısı olmuşdur.
- 2015-ci ildən "Əlaçı" verilişinin redaktorudur.
- 2021-ci ildən "Milyonların Şousu" intellektual oyununun aparıcısıdır.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İctimai çıxışları
[redaktə | vikimətni redaktə et]2011-ci ildə TEDx Bakı tədbirində "Hər günü fərqli yaşamaq" mövzusunda; 2015-ci ildə Milli Marketinq Forumunda "Karyera" panelində; 2016-cı ildə Rəqəmsal Marketinq Konfransında "Sosial şəbəkələrdə neqativi necə idarə etməli" mövzusunda çıxışı olub.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-04. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- 1 fevralda doğulanlar
- 1983-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan radio aparıcıları
- Azərbaycanın televiziya aparıcıları
- İctimai TV-nin (Azərbaycan) jurnalistləri
- Azərbaycan Televiziyasının jurnalistləri
- Azərbaycan ssenaristləri