Corc Lukas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Corc Lukas
George Walton Lucas
Doğum adı George Walton Lucas Jr.
Doğum tarixi (80 yaş)
Doğum yeri ABŞ ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1964-cü ildən
Təhsili
Boyu 168 sm
Üzvlüyü
Mükafatları National Medal of Arts Kennedi Mərkəzinin fəxri mükafatı
IMDb ID0000184
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Сorc Valton Lukas-kiçik (ing. George Walton Lucas, Jr.; 14 may 1944[1][2][…]) — Məşhur ABŞ rejissoru və milyarderidir. Onun şəxsi kapitalında 3,2 milyard dollar pulu vardır.[3]

Corc Lukas 14 may 1944-cü ildə ABŞ-nin Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur. Lukas peşəkar avtomobil yarışçısı olmağı xülya edərkən litseyi bitirdikdən dərhal sonra keçirdiyi yol qəzası səbəbiylə bundan imtina etdi və həyatı dəyişdi. Cənub Kaliforniya Universitetində Film İncəsənətini oxumağa qərar verən Lukas bu dövrdə çəkdiyi qısametrajlı filmlərdən biri olan THX-1138: 4EB (Electronic Labyinth) ilə Amerikan Milli Şagird Filmləri Festivalında ilk mükafatını qazandı. Bunun nəticəsində Warner Bros. şirkətində şagirdliyə başladı. Burada Frensis Ford Koppolanın idarə etdiyi "Finianın göy qurşağı" ("Finian's Rainbow", 1968) filminin çəkilişlərinə qatıldı. Koppola ilə yoldaşlıqları bu filmdən başladı. Birlikdə 1969-cu ildə "American Zoetrope" adlı bir şirkət qurdular. Etdikləri ilk iş də THX-1138: 4EB filminin uzun metrajlı versiyasını çəkmək oldu. Warner Bros. şirkətinin maliyyəyə etdiyi film kassada müvəffəqiyyət qazana bilmədi. Koppola "Ata" (1972) filmi üçün işə başlayınca Corc Lukas öz şirkəti olan "Lucasfilm Ltd." adlı şirkət qurdu. 1973-ci ildə ssenarisini yazdığı, öz həyatından da kəsiklər daşıyan "Amerikalı qraffit" filmini idarə etdi. Yalnız 780.000 mmin dollar büdcə ilə çəkilən, 50 milyon dollar gəlir qazanan bu filmlə Corc Lukas "Qızıl Qlobus mükafatı"nı qazandı. "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor", "Ən Yaxşı Ssenari" daxil olmaq üzrə 5 budaqda Oskara namizəd göstərildi. Eyni il Corc Lukas "Fleş Qordon" və "Meymunlar Cəhənnəmi" filmindən təsirlənərək "Ulduz Döyüşləri"nin ssenarisini yazmağa başladı. 1975-ci ildə bu film üçün lazımlı olan vizual efektlerin yaradılacağı "ILM" (Industrial Light & Magic) şirkətini qurdu. "Star Wars" proyekti bir neçə studiya tərəfindən rədd edilsə də sonunda "Twentieth Century Fox" tərəfindən qəbul edildi. "Ulduz Döyüşləri" filmlərinin bütün seriyalarını müvəffəqiyyət əldə etdi. Bu filmlərin ardınca bir sıra digər filmlərin ssenarisini yazmış və rejissorluq etmişdir.

İl Film Orijinal adı Qeydlər
1965 Frenheyt Freiheit Rejissor, ssenarist, operatorudur
1970 THX 1138 THX 1138 Rejissor, ssenarist
1973 Amerikalı qraffit American Graffiti Rejissor, ssenarist
1977 Ulduz müharibələri. Epizod IV: Yeni ümid Star Wars. Episode IV: A New Hope Rejissor, ssenarist, montajçı
1980 Ulduz müharibələri. Epizod V: İmperiya cavab zərbəsi endirir Star Wars: Episode V The Empire Strikes Back Prodüser, ssenarist
1983 Ulduz müharibələri. Epizod VI: Cedinin qayıdışı Star Wars: Episode VI Return of the Jedi Prodüser, ssenarist
1984 İndiana Cons və taleyin məbədi Indiana Jones and the Temple of Doom Prodüser, ssenarist
1989 İndiana Cons və son səlib yürüşü Indiana Jones and the Last Crusade Ssenarist, prodüser
1994 Radio ölkəsində qətl Accidental Hero Qeyl Qeyli
1999 Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi Star Wars: Episode I The Phantom Menace Morqan Adams
2002 Ulduz müharibələri. Epizod II: Klounların yürüşü Star Wars: Episode II Attack of the Clones Rejissor, prodüser, ssenarist
2005 Ulduz müharibələri. Epizod III: Sithin qisası Star Wars: Episode III Revenge of the Sith Rejissor, prodüser, ssenarist
  1. George Lucas // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. Barson M. George Lucas // Encyclopædia Britannica (ing.).
  3. "George Lucas — The World's Billionaires 2011" (ingilis). Forbes (журнал). 2012-02-11 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]