Conatan Lipniki
Conatan Lipniki | |
---|---|
Jonathan Lipnicki | |
Doğum adı | Jonathan William Lipnicki |
Doğum tarixi | |
Doğum yeri | Vest-Leyk Villic, Kaliforniya, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1996 − Bu günə kimi |
IMDb | ID0005151 |
jonathanlipnicki.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Conatan Uillyam Lipniki (ing. Jonathan William Lipnicki; d. 22 oktyabr 1990-cı il) — Amerikalı kino aktyor. Conatan «Cerri Maguayer», «Stüart Littl» və «Mayk kimi» filmlərində oynadığı rollara görə məşhurluq qazanmışdı.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Lipniki Kaliforniya ştatında yerləşən Vest Leyk Villic şəhərində, Cozef və Ronda Lipniki ailəsində anadan olmuşdu[1]. Onun Aleksis adında böyük bacısı var[2]. Lipniki ailəsi yəhudi əsillidir[2][3]. Conatan Döş xərçəngi və Şəkərli diabet üzrə bir çox Araşdırmalar Fondlarında, Uşaq Ulduz Yarışlarında və buna bənzər bir çox tədbirlərdə iştirak və çıxış etmişdi. O həmçinin Pediatrik Hiropraktika və Ümumdünya Uşaq günü üzrə beynəlxalq məruzəçi qismində seçilib. Dörd köpəyi olan Lipniki bundan başqa həm də heyvan hüquqlarının təşkilində də aktiv iştirak edir[4].
Conatan hazırda qarışıq döyüş sənəti ilə intensiv məşğul olur və jurnalistlər "bir gün peşəkar səviyyədə döyüş sənəti ilə məşğul ola biləcəyi" barədə ona sual verdikdə, Conatan bildirdi ki, o hal-hazırda bir çox filmlərlə üzərində çalışır və təmamilə peşəkar döyüşlə məşğul olması üçün, o həftənin müəyyən günlərini yalnız özünə ayırmalıdır. Bu hələlik mümkün olmadığından isə, o verilən bu suala nə "hə", nə də "yox" cavabı verir[5]
Karyera
[redaktə | mənbəni redaktə et]1996-cı ildə Lipniki «Ceri Maguayer» filmində çəkilərək, Rene Zellvegerin oğlu rolunu oynamışdı. Daha sonralar o «Tənha oğlan» filmində, Cek Foksvort şousunda və «Bizim ümidlərimizin yayı» serialında çəkilmişdi. 1997-ci ildə Lipniki Meego adlı sitkomda rol alır. 1999-cu ildə ona opulyarlıq gətirəcək «Stüart Littl» və 2002-ci ildə davamı sayılan «Stüart Littl 2» filmlərində baş rolda çəkilmişdi. Həmçinin 2000-ci ildə o Kiçik vampir adlı macəra filmində rol almışdı.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Film | Rol | Qeydlər |
---|---|---|---|
1996 | Cerri Maguayr | Ray Boyd | |
1998 | Doktor Dolittl | Baby Tiger (səsləndirmə) | kameo |
1999 | Stüart Littl | George Little | Aparıcı rol |
2000 | Kiçik Vampir | Tony Thompson | Aparıcı rol |
2002 | Like Mike | Murph | |
2002 | Stüart Littl 2 | George Little | Aparıcı rol |
2003 | Zahari Biverin şəhərə gəldiyi zaman | Toby Wilson | |
2005 | L.A. Riot Spectakulu | Tom Saltine Jr. | |
2011 | Pullara sevgi ilə | gənc Yoni | |
2012 | Tag | Rush | |
2013 | Bering Sea Beast | Joe | |
2014 | Bad Asses | Hammer |
Televiziya
[redaktə | mənbəni redaktə et]İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
1996–
1997 |
The Jeff Foxworthy Show | Justin Foxworthy | 15 epizod
recurring role |
1997 | Meego | Alex Parker | 13 epizod
(main) |
1997 | The Single Guy | Rudy | "Big Baby" epizodunda |
1997–
2002 |
The Rosie O'Donnell Show | Özünü oynamışdı | 2 epizod |
2000 | Dawson's Creek | Buzz Thompson | 3 epizod |
2002 | The Late Late Show with Craig Kilborn | Özünü oynamışdı | 1 epizod |
2002 | HBO First Look | Özünü oynamışdı | "On the Set of 'Stuart Little 2" epizodunda |
2002 | TV total | Özünü oynamışdı | 1 epizod |
2003 | Touched by an Angel | Stan | "The Good Earth" epizodunda |
2003 | The Brendan Leonard Show | Özünü oynamışdı | "Pirates" eizodunda |
2003 | The Sharon Osbourne Show | Özünü oynamışdı | 1 epizod |
2005 | Qriffinlər | Wesly (səsləndirmə) | "Fast Times at Buddy Cianci Jr. High" epizodunda |
2005 | Biography | Özünü oynamışdı | "Child Stars II: Growing Up Hollywood" epizodunda |
2006 | Kathy Griffin: My Life on the D-List | Özünü oynamışdı | "Vegas, Baby!" epizodunda |
2008 | Entertainment Tonight | Özünü oynamışdı | 1 epizod |
2009 | Monk | Rudy Smith | "Mr. Monk Takes the Stand" epizodunda |
2009 | Glenn Martin DDS | Aktyor (səsləndirmə) | "Korea Opportunities" epizodunda |
2011 | The John Kerwin Show | Özünü oynamışdı | "Ed Asner and Jonathan Lipnicki" epizodunda |
2013 | Family Tools | Ryan | "Role Model" epizodunda |
Mükafat və nominasiyalar
[redaktə | mənbəni redaktə et]İl | Mükafat | Kateqoriya | Nəticə | Qeydlər |
---|---|---|---|---|
1997 | Critics Choice Award | Ən yaxşı uşaq performansı | Qazandı | Cerri Maguayr |
Young Artist Award | Film üzrə ən yaxşı performans – Onvə daha artıq yaşlı aktyorlar | Qazandı | ||
Young Star Award | Dram janrında çəkilmiş film üzrə gənc aktyorun ən yaxşı performansı | Namizəd | ||
1998 | Young Star Award | Komediya teleseriallarında Baş rol almış gənc aktyor | Namizəd | Meego |
2000 | Young Artist Award | Film üzrə ən yaxşı performans – Onvə daha artıq yaşlı aktyorlar | Namizəd | Stüart Littl |
Young Star Award | Ən yaxşı gənc aktyor/Komediya janrında çəkilmiş film üzrə ən yaxşı performans | Qazandı | ||
2001 | Saturn Award | Ən yaxşı gənc aktyor | Namizəd | Kiçik Vampir |
Young Artist Award | Film üzrə ən yaxşı performans – On və daha artıq yaşlı gənc aktyorlar | Qazandı |
Web links
[redaktə | mənbəni redaktə et]- Rəsmi saytı
- Conatan Lipniki — IMDb səhifəsi
- collection of interviews at official site Arxivləşdirilib 2008-07-23 at the Wayback Machine
- Conatan Lipnikinin Facebook səhifəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Jonathan Lipnicki Biography (1990-)". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Hollywood Will Show Him The Money: Adorable Jonathan Lipnicki of — Jewish Exponent — HighBeam Research". 2012-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "j. — Celebrity Jews". 2008-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Jonathan Lipnicki Official Site". Biography. March 21, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 15, 2006. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2016-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)