Con Bon Covi
Con Bon Covi | |
---|---|
ing. John Francis Bongiovi Jr. ing. Jon Bon Jovi | |
Ümumi məlumatlar | |
Doğum adı | John Francis Bongiovi |
Ləqəbi | Jon Bon Jovi |
Doğum tarixi | 2 mart 1962[1][2] (62 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor, müğənni-mahnı yazarı, kino aktyoru, gitaraçı, pianoçu, televiziya aktyoru, musiqi prodüseri, bəstəkar |
Fəaliyyət illəri | 1983-cü ildən |
Janrlar | rok, ənənəvi hevi-metal[d], qlam metal[d], kantri, soft-rok[d], emo |
Musiqi alətləri | gitara, piano |
Səs tembri | tenor |
Albom şirkətləri | Island Records, Mercury Records[d] |
Üzvlüyü | |
bonjovi.com wwwjonbonjovi.ca |
|
Vikianbarda əlaqəli mediafayllar |
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır.
Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-cü ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır.
2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-cu ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-cu ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi. Con Bon Covi People jurnalı tərəfindən dünyadakı ən gözəl 50 insandan biri olaraq seçildiyi vaxt yenə eyni jurnal tərəfindən "Ən Seksual Rok Ulduzu" olaraq təyin olundu. 2009-cu ilin Yanvar ayında İngiltərədə statistik mövzusunda bir nüfuz olaraq qəbul edilən OnePoll tərəfindən skiddle.com'un dəstəyi ilə və olduqca genişmiqyaslı iştirakla həyata keçirilən bir ankete görə Rock Allahı anketində Freddi Merkyuri və Elvis Preslinin ardından üçüncü sırada yer aldı. Musiqiçi 2009-cu ildə bəstəkarlar üçün təşkil edilən Songwriters Hall of Fame tərəfindən şərəfləndirildi. Musiqiçiyə 2001-ci ildə Nyu Cersidə Monmouth Universiteti tərəfindən Elmlər Doktoru ünvanı verildi.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Solo Albomlar
[redaktə | mənbəni redaktə et]- 1990 — Blaze of Glory
- 1997 — Destination Anywhere
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Film | Rol |
---|---|---|
1990 | Young Guns II | |
1995 | Moonlight and Valentino | Rəssam |
1996 | The Leading Man | Robin Qranq |
1997 | Destination Anywhere | Con |
Little City | Kevin | |
1998 | Homegrown | Denni |
No Looking Back | Maykl | |
Row Your Boat | Cemi Midovs | |
1999 | Sex and the city | Set |
2000 | U-571 | Leytinant Pete Emmet |
Pay It Forward | Riki Makkinni | |
2001–2002 | Ally McBeal | Viktor Morrison |
2002 | Vampirlər 2: Ölülər günü | Derek Bliz |
2005 | Cry Wolf | Riç Volker |
2006 | National Lampoon's Pucked | Frenk Hoper |
The West Wing | Özü olaraq | |
2010 | 30 Rock | Özü olaraq |
2011 | New Year's Eve | Censin |
- ↑ Jon Bon Jovi // Internet Broadway Database (ing.). 2000.
- ↑ Jon Bon Jovi // GeneaStar.