Məzmuna keç

Centum və satem dilləri

Vikipediya, azad ensiklopediya
Kentum (mavi) ve satem (qırmızı) dillərinin tarixi yayılması. Von Bradkenin fərziyyəsinə görə satemizasyanın mənşəyi daha tünd qırmızı rənglə göstərilmişdir (Sintaşta /Abaşevo/Srubna arxeoloji mədəniyyətləri), ancaq bu fərziyyə bir çox linqvistiklər tərəfindən qəbul edilmir.

Centum və satem dilləri — Hind-Avropa ailəsinin dilləri yenidən qurulmuş proto-Hind-Avropa dilinin dilüstü samitlərinin (“K” və “G” tipli səslər) necə olduğuna görə ya sentum dillərinə (bəzən centum adlanır) və ya satem dillərinə bölünür. Bu fərqə misal olaraq proto-Hind-Avropa dillərindəki “100” sözünü göstərmək olar. Kentum dillərində adətən /k/ səsi ilə başlayan 100 (latınca centum /k/ ilə tələffüz olunur), satem dillərində adətən /s/ ilə başlayır (satem Avesta dilindən gəlir).

Centum-satem bölgüsü Hind-Avropa dillərinin sinxron təsvirində izoqloss təşkil edir. Bu gün proto-Hind-Avropa dilinin növbə ilə Kentum və satem dillərinə bölünməsi və bütün Kentum və Satem dillərinin bu iki dildən ayrılaraq şərq və qərb qollarına bölünməsi yerinə bu xüsusiyyətlərin bir-birindən müstəqil şəkildə formalaşmış ola biləcəyi düşünülür. Bu arqument xüsusilə də ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dilinin bir Kentum dili olmasının kəşfi ilə daha da çox dəstəklənmişdir.

Kentum dilləri

[redaktə | vikimətni redaktə et]

Hind-Avropa ailəsinin Kentum dillərinə adətən qərbdə rast gəlinir. Yunan, Kelt, İtalikGerman dilləri bu qrupun üzvləridir.

Kentum-satem fərqi dillərin erkən formaları ilə əlaqəli olduğundan, bəzi müasir dillər Kentum qrupunun üzvləri olsalar da, müəyyən fərqlərə məruz qalmışdırlar. Rumın-kentum dili olan fransız dilində 100 mənasını verən cent sözünün /s/ səsi ilə oxunması buna misal ola bilər.

Satem dillərinə ümumiyyətlə şərqdə yerləşən Hind-İran və Baltik-slavyan dilləri kimi dil qrupları daxildir, lakin ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dili bu qrupa aid deyildir.

Dilüstü samitlərin dəyişməsi ilə kentum dillərinin satem dillərinə çevrilməsinə satemizasiya deyilir.

  • Brugmann, Karl. Grundriss der Vergleichenden Grammatik der indogermanischen Sprachen (alman). Erster Band. Strassburg: Karl J. Trübner. 1886.
  • Brugmann, Karl; Delbrück, Berthold. Grundriss der vergleichenden grammatik der indogermanischen sprachen. I Part 1 (2nd). Strassburg: K.J. Trübner. 1897–1916.
  • Fortson, Benjamin W. Indo-European Language and Culture: An Introduction. Blackwell Textbooks in Linguistics (2nd). Chichester, U.K.; Malden, MA: Wiley-Blackwell. 2010.
  • Kortlandt, Frederik. "General Linguistics & Indo-European Reconstruction" (PDF). Frederik Kortlandt. 1993. İstifadə tarixi: 30 November 2009.
  • Lehmann, Winfred Philipp. Theoretical Bases of Indo-European Linguistics. Taylor & Francis Group. 1993.
  • Lyovin, Anatole. An introduction to the languages of the world. New York: Oxford University Press. 1997.
  • Mallory, J.P.; Adams, D.Q., redaktorlar Proto-Indo-European // Encyclopedia of Indo-European Culture. London, Chicago: Fitzroy Dearborn Publishers. 1997. ISBN 1-884964-98-2.
  • Melchert, Craig, "PIE velars in Luvian" (PDF), Studies in Memory of Warren Cowgill, 1987, 182–204, İstifadə tarixi: 28 November 2009.
  • Remys, Edmund. "General distinguishing features of various Indo-European languages and their relationship to Lithuanian". Indogermanische Forschungen. 112 (2007). 2007: 244–276. doi:10.1515/9783110192858.1.244.
  • Schleicher, August. Compendium der vergleichenden grammatik der indogermanischen sprachen (alman). Weimar: Hermann Böhlau. 1871. ISBN 9783487053820.
  • Solta, G.R. "Palatalisierung und Labialisierung". Indogermanische Forschungen (alman). 70. 1965: 276–315.
  • Szemerényi, Oswald J. L. Introduction to Indo-European Linguistics. Oxford [u.a.]: Oxford University Press. 1990.
  • von Bradke, Peter. Über Methode und Ergebnisse der arischen (indogermanischen) Alterthumswissenshaft (alman). Giessen: J. Ricker'che Buchhandlung. 1890.

Əlavə ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]
  • Kortlandt, Frederik. "Balto-Slavic and Indo-Iranian". In: Baltistica 2016, t. 51, Nr. 2, p. 355–364. DOI: https://doi.org/10.15388/Baltistica.51.2.2284
  • Mayer, Harvey E. (1980). "Baltic membership in the West Satem subgroup". In: Journal of Baltic Studies, 11:4, pp. 356–366. DOI: 10.1080/01629778000000351
  • Mottausch, Karl-Heinz. "Eine Neue Lösung Für Ein Altes Problem: Kentum Und Satəm". In: Historische Sprachforschung [Historical Linguistics] 119 (2006): 35–76. www.jstor.org/stable/40849375.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]