Caya dağı
Caya | |
---|---|
ind. Puncak Jaya | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4884[1] |
İlk fəthi | 1962 |
Yerləşməsi | |
4°05′ c. e. 137°11′ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Caya[2] (ind. Puncak Jaya) — Yeni Qvineya adasının qərbində, Maoke massivində dağ zirvəsi. İndoneziyaya aid olan bu zirvə ölkənin Papua vilayətində yerləşir. Caya - Okeaniyanın ən yüksək zirvəsi, eləcədə dünyda adada yerləşən ən hündür dağdır. Bəzi mənbələr dağın 5029 və ya 5030 metr hündürlyə malik olduğunu göstərir. Avropalılar ilk dəfə zirvəni 1623-cü ildə gürmüş. Holladiyalı tədqiqatçı Yan Karstens uzaqdan, açıq havada başı qarlı dağ görmüşdür. Məhs bu onun təəcüblənməsinə səbəb olmuş: düz ekvatorun mərkəzində buzlaq[3]
Dağ ilk öncə Yan Karstensin şərəfinə adlandırılmış, sonra 1965-ci ildə İndoneziya prezidentinin şərəfinə Sukarno adlandırmışlar.[2][4] 1969-cu ildən dağ Caya adlandırldı[2] İndoneziya dilində Caya qələbə deməkdir. Dağ zirvəsinin ilk fəthi 1962-ci ildə baş vermiş. Zirvəyə ilk dəfə olaraq dörd avstriya alpinisti qalxmış. Dəstəyə Henri Xarrer rəhbərlik edirdi(alm. Heinrich Harrer).
Dağın yaxınlığında dünyanın ən böyük karyeri- Qrasberq yerləşir. Karyerdə qızıl, gümüş və mis çıxarılır.
Geologiyası
[redaktə | mənbəni redaktə et]Caya dağı miosenin sonunda, Melaneziya dağəmələ gəlməsində formalaşmış. Avstraliya və Sakit okean piltələrinin toqquşma zonası məhs bu bölgədən keçir.
Buzlaqları
[redaktə | mənbəni redaktə et]Caya dağının zirvəsi daima buzlaqdan azaddır. Ancaq yamaclarda bir neçə buzlaq mövcuddur: Karstens buzlağı, Qərbi Nortull Firn, Şərqi Firn və son zamanlarda ərimiş Meren buzlağı. Meren buzlağı Meren vadisində yerləşirdi. Ərazidə temperatur 0,5 °C olduğundan buzlağın ölçüləri zamanla dəyişə bilir. Esablamalara görə 1850-ci illərdə buzlağın sahəsi nisbətən kişilmiş və bu 1972-ci ilə qədər davam etmişdir.
Punkake Trikore buzlağı 1939-1962-ci illər dövründə tamamilə əriyib yox olmuş, Punsak-Caya buzlağı isə 1970-ci ildə sputnikdən çəkilmiş şəkillərə əsasən tədricən əriyir. Meren buzlağı isə hardasa 1994-2000-ci illər arasında ərimiş. Əraziyə təşkil olunmuş xüsusi ekspedisiya nəticəsində müəyyən edilmişdir ki, buzlaqlar orta hesabla ildə 7 metr sürrətlə əriyirlər.
Turizm
[redaktə | mənbəni redaktə et]Dağa səfərlər üçün xüsusi icazə tələb edir. 1995-2005-ci illər arasında Caya dağına turistlərin və alpinistlərin səfərinə icazər verilmir. 2006-cı ildə bu qadağa götürldü və müxtəlif turist agentlər dağa fərqli marşurutdan səfərlər təşkil edir.
Caya zirvəsi dünyada çətin fəth edilən zirvələrdən biri hesab olunur. Baxmayaraq ki, hündürlüyü azdır ancaq dağa çıxmaq üçün xüsusi texniki hazırlıq tələb edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Peakbagger.com". 2012-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
- ↑ 1 2 3 Географический энциклопедический словарь. с.150}}
- ↑ "Индонезия". 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
- ↑ Поспелов Е. М. Географические названия мира: Топонимический словарь: Ок. 5000 единиц / Е. М. Поспелов; Отв. ред. P.A. Агеева. — 2-е изд., стереотип. — М.: Русские словари: ООО «Издательство Астрель»: ООО «Издательство ACT», 2002. — 512 с. ISBN 5-17-001389-2
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Peakware.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Summitpost.org