Cəfərqulu xan Əmirsüleymani
Görünüş
Cəfərqulu xan Əmirsüleymani xan Əmirsüleymani جعفر قلی خان اعتمادی قاجار | |
---|---|
Cəfərqulu xan Əmirsüleymani İsa xan oğlu Əmirsüleymani | |
Digər adı | Cəfərqulu xan Etimadi-Qacar |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Həyat yoldaşı | Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultan qızı |
Uşaqları | Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan |
Əmirsüleymani Hacı Cəfərqulu xan İsa xan oğlu (1864-?) — Nasirəddin şahın yaxını, saray naziri.
Həyatı
[redaktə | vikimətni redaktə et]İsa xanın beşinci oğlu Cəfərqulu xan 1864-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Nasirəddin şah Qacarın saray naziri, eşikağası idi. 1884-cü ildə Cəlalülmülk, Müzəffərəddin şah Qacar tərəfindən Moinəssultan ləqəblərini almışdı.
Cəfərqulu xan 1873-cü ildə şahlın məiyyətində Avropaya getmişdi.
Cəfərqulu xan 1893-cü ildə sarayda fərraşbaşı olmuşdu. Nasirəddin şahın ölümünə qədər bu vəzifədə çalışmışdı.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Cəfərqulu xan Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultanın qızı ilə ailə qurmuşdu. Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan adlı oğulları vardı.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.