Məzmuna keç

Cırtdan-"pəhləvan"

Vikipediya, azad ensiklopediya
Cırtdan-"pəhləvan"
Janr komediya
macəra
musiqili
uşaq
Rejissor Bəhmən Əliyev
Ssenari müəllifləri Tofiq Ağayev
Aleksandr Timofeyevski
Operator Antonina Korotnitskaya
Bəstəkar Rauf Əliyev
Rəssam Elçin Axundov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1981
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 9,39 dəq.
Ölkə SSRİ SSRİ
Dil rusca
İl 1981
Texniki məlumatlar 1 hissə
274 metr
35 mm
Rəng rəngli

Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi.

Film “Cırtdan” Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.

Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur.

Film SSRİ Televiziya və Radio Verilişləri Dövlət Komitəsinin sifarişi ilə 1981-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hazırlanıb.

Applikasiya filmidir.

Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib.[1]

2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[2][3] Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[4][5]

Filmin üzərində işləyənlər

[redaktə | vikimətni redaktə et]
Ssenari müəllifi: Tofiq Ağayev,[6] Aleksandr Timofeyevski
Rejissor: Bəhmən Əliyev[6]
Quruluşçu rəssam: Elçin Axundov[6][7]
Operator: Antonina Korotnitskaya
Bəstəkar: Rauf Əliyev[6]
Mahnıların mətni: Aleksandr Timofeyevski
Səs operatoru: Akif Nuriyev
Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin
Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova
Redaktor: D. Tahirova
Filmin direktoru: E. Şirinov

Filmi səsləndirənlər

[redaktə | vikimətni redaktə et]
Klara Rumyanova — Cırtdan
Stanislav Fedosov
Prodüser: Rəşid Ağamalıyev
Səs rejissoru: Hüseyn Həsənov
Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov
Mətnin tərcüməsi: Gülşən Hüseynova
Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova
  1. "Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində "ReAnimasiya" sərgisi açılıb". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO". Sputnik İA (az.). 2022-04-20. 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  3. "Azərbaycan animasiya filmləri Özbəkistanda təqdim olunacaq". Azərtac.
  4. "Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb" (az.). 2022-07-17. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  5. "Animasiyanın inkişafına verdiyi töhfəyə görə". medeniyyet.az (ingilis). 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-10.
  6. 1 2 3 4 "Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni filmlərə baxış olmuşdur". 2019-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. ""Bizim uşaqların, xaricilərin uşaqlarından nəyi əskikdir?"". 2019-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]